11 Dekabr 2020, 18:04 | Ana Səhifə - Yazılar - Paraddan sonra...
Paraddan sonra...

Qəzənfər Həmidoğlu

Hərbdən həyata "qayıdış": gözləntilər və reallıqlar


Sentyabrın 27-dən başlayan "hərbi" hal və ovqatımız oktyabr ayı boyunca uçdu, işğaldan azad edilən şəhər və kəndlərimizin sevinci ilə məst oldu; noyabrın 8-də Şuşanın qurtuluşu ilə zirvəsinə çıxdı, eyforiya yaşadı; sonra rus faktorunun gətirdiyi dilxorçuluqla bir qədər təlx olsa da, ruhumuzun yüksəlişi elə də səngimədi və nəhayət, Zəfər paradı ilə təntənəli finalına yetişdi.

75 gün ərzində fiziki və ruhi əhvalımız funksional, adi vəziyyətinə sığmadı. Şanlı ordumuzun müzəffər yürüşü milli qürur, sevinc və inamı - bir sözlə, entuziazmı elə səvıyyəyə yüksəltdi ki, bağrımıza daş basıb itkilərimizə, şəhid hüznlərinə dözə bildik, Covid-19 bəlasını belə görməz olduq.

Tədricən o günlərin, Zəfərin və paradın ehtişamından çıxaraq normal halımıza qayıdacağıq. Düzdür, postsavaş dövrü də normal, adi gündəlik həyata bənzəmir. Üstəlik, Qarabağla, yerli erməni məsələsi ilə bağlı son nöqtəni qoymalı, azad olunmuş torpaqlara Böyük Qayıdışı uğurlu sona çatdırmalı, yaralarımızı sarımalı, şəhidlərimuzə munnət borcumuzu ödəməliyik. Yəni, savaş bitsə də, mübarizə, son strateji hədəfə doğru tarixi mücadilə davam edir. Bu dövrdə də birlik və həmrəyliyə, dəstəyə ehtiyac var. Ən azı o anlamda ki, ağır savaşdan çıxmış ölkə hakimiyyətinin yeni hədəflərə çatmaqda vaxta ehtiyacı var. Məsələn, hərb meydanındakı qələbəni masada da əldə etmək yaxın perspektivin işi kimi görünmür.

Digər yandan, münaqişə və işğal olunmuş torpaqlar yükündən hərb yolu ilə azad olan hakimiyyətin önündə yeni imkanlar və üfüqlər açılır. Qarabağ problemi son 30 ildə Azərbaycanın bir çox hədəflərinə yetişməsinə əngəl yaradırdı. Düzdür, müxalifət bunu bəhanə sayır. Elədirsə, hakimiyyətin opponentləri sevinməlidir ki, ölkə lideri "Qarabağ münaqişəsi artıq yoxdur" deməklə özü bu "bəhanə"ni aradan götürür.

Təbii ki, Qarabağ münaqişəsi bitsə də, Cənubi Qafqaz riskli region olaraq qalır. Rusiyanın regiona "arxa bağça"sı kimi baxmaqda davam etməsi, digər supergüclərin maraqları, Türkiyənin Azərbaycana arxa durmasının həzm edilməməsi, yarımcan qalmış Ermənistandan geosiyasi rıçaq kimi istifədə edilməsi, Gürcüstanın parçalanmış vəziyyəti, İran ətrafındakı gərginlik yaxın illər üçün Cənubi Qafqazda sabitliyin bərqərar olacağından xəbər vermir.

Amma Cənubi Qafqazın nə zaman sakit dövrü olub?!. Əsas odur ki, mümkün risk və sarsıntılara qəfil yaxalanmayasan. Bu fonda dekabrın 10-da Azərbaycan və Türkiyə liderlərinin paraddakı çıxışları, həmçinin sonrakı bəyanatları regional və qlobal çağırışlara cavab, regional təhlükəsizlik üçün çarədir...

Adətən, müharibədən, özəlliklə də qələbədən sonra həyat insanlara, ilk növbədə hərbçilərə bayram kimi görünür. Cəmiyyətin hərbdən həyata "qayıdışı" əcaib fenomendir: reallıq gözləntiləri doğrultmaya bilir. Qalib dövlət də savaşdan itkilərlə, maddi-mənəvi travmalarla çıxır...

Amma 44 günlük savaşda ruhən yenidən doğulub-dirçəldiksə, 27 sentyabrdan əvvələ qayıda bilmərik. Zəfərdən sonra Qalib xalqa sadəcə dolanmaq yaraşmaz, daha yaxşı yaşamaq haqqıdır. Azərbaycanın Qarabağda və bütünlükdə regionda yaratdığı yeni status-kvo cəmiyyətimizə pozitiv təsir edəcək, siyasi, sosial, iqtisadi və mədəni həyatımızda köklü yeniliklərə aparacaq.

Tezliklə olmasa da, gec də olmaz...

MÜƏLLİFİN DİGƏR YAZILARI
“YAŞAT” fondu mühüm humanitar missiyanı yerinə yetirir 12 Aprel 2021, 11:04 Aşıq Ələsgərin 200 illiyinə həsr olunmuş virtual konfrans keçirilib 12 Aprel 2021, 11:00 Səhhətinə görə Türkiyəyə gedən Vahid Əhmədov DANIŞDI: “Müalicə davam edir” 12 Aprel 2021, 10:57 Bakıda avtomat satan şəxs tutuldu - FOTO 12 Aprel 2021, 10:52 Milli Qəhrəmanın anası koronavirusdan vəfat etdi - FOTO 12 Aprel 2021, 10:47 Həkimdən peyvənd olunanlara vacib MƏSLƏHƏT: “Çalışıb bunları edin!” 12 Aprel 2021, 10:41 Elektrik dirəyindən yıxılaraq ÖLDÜ 12 Aprel 2021, 10:39 Milli Konservatoriyada dərslər DAYANDIRILDI 12 Aprel 2021, 10:37 Yas mərasimində iştirak edən 5 nəfər məsuliyyətə cəlb olundu 12 Aprel 2021, 10:32 Sərhədsiz xeyirxahlıq və yaxşılıqlar sahibi - Sərhəd Qasımov 12 Aprel 2021, 10:27 Daha bir həkim koronavirusdan vəfat etdi 12 Aprel 2021, 10:22 Yevlax və Sabirabadda toy edənlər CƏRİMƏLƏNDİ 12 Aprel 2021, 10:17 Ötən gün 17 COVID-19 xəstəsi SAXLANILDI 12 Aprel 2021, 10:12 Deputat turizm mövsümü ilə bağlı qaydalara dəyişiklik İSTƏDİ 12 Aprel 2021, 10:06 Marketə çörək almağa gedən koronavirus xəstəsi YAXALANDI 12 Aprel 2021, 10:00 “Respublika” qəzetinə baş redaktor təyin olundu 12 Aprel 2021, 09:55 Lənkəranın məşhur restoranlarında toy edənlər CƏRİMƏLƏNDİ 12 Aprel 2021, 09:49 Polisin işi artıb: toy mərasimləri ara vermir 12 Aprel 2021, 09:44 Neft yenidən bahalaşdı 12 Aprel 2021, 09:40 Ronaldo bu dəfə formasını yerə atdı 12 Aprel 2021, 09:34 “Bu yaşımda saçım ağarmasaydı, xəcalətimdən cəmiyyət içinə çıxa bilməzdim” - Fəzail İbrahimli 12 Aprel 2021, 09:28 Qarabağ məsələsi Gürcüstan parlamentində 12 Aprel 2021, 09:24 “Şuşa” restoranında toy edənlər CƏRİMƏLƏNDİ 12 Aprel 2021, 09:21 Manatın xarici valyutalara qarşı MƏZƏNNƏSİ 12 Aprel 2021, 09:18 Bakıda istirahət mərkəzində YANĞIN 12 Aprel 2021, 09:13 Beynəlxalq reytinq agentliyi SOCAR-ın reytinqini təsdiqlədi: “Mənfi” 12 Aprel 2021, 09:10 Dünyanı silkələyən SƏYAHƏT - Adi fəhlə oğlu necə məşhurlaşdı... 12 Aprel 2021, 09:06 Azərbaycanın ən uzun asma körpüsü tikilir - FOTO 12 Aprel 2021, 09:00 Bakıda avtomobilə silahla atəş açılıb - FOTOLAR 12 Aprel 2021, 08:37 Dünyada koronavirusa yoluxanların sayı 136 milyonu ÖTDÜ 12 Aprel 2021, 08:30 Balakəndə gecə nişan mərasimi keçirənləri polis YAXALADI 12 Aprel 2021, 08:25 Bakıda azyaşlı bağlı qapı arxasında qalıb 12 Aprel 2021, 08:20 Samuxda toya gələn 14 nəfər CƏRİMƏLƏNDİ 12 Aprel 2021, 08:15 Artıq çəki insanı bu təhlükədən QORUYUR 12 Aprel 2021, 08:07 Dünyanın koronavirus statistikası 12 Aprel 2021, 00:57