7 Yanvar 2021, 16:06 | Ana Səhifə - Yazılar - Telekanal rəhbərləri, şəhidin ailə üzvlərini ağlatmayın!
Telekanal rəhbərləri, şəhidin ailə üzvlərini ağlatmayın!

Elçin Alıoğlu

Əsgəri əsgər edən çox məqam var və onlardan biri də musiqidir, mahnıdır.

Bunu ta əksi dönəmlərdə anlayıblar. Şumerdə, Babilistanda ordular döyüşə musiqi ilə gedərdilər.

Osmanlı Türkiyəsində əsgərə ruh verən "Ceddin deden" idi. "Mehteran" adlanan hərbi musiqiçilərin ifasında möhtəşəm səslənən bu yeniçəri marşını eşidəndə düşmənlər belə, ruş düşkünlüyünə qapılırdılar.

Hətta Balkan savaşlarından birində "Əvvəlcə o dəstəni öldürün!" əmrini vermişdi düşmən sərkərdəsi.

İkinci Düyna Savaşının musiqisi isə "Vstavay, strana oqromnaya" oldu. Bu mahnını eşidəndə sovet insanının yumruğu sıxılır, qəlbi intiqam, savaş hissi ilə döyünürdü.

Bəs bizdə, varmı belə mahnılar?

Savaşla bağlı mahnılarımız iki tipdədir: ya "pianissimo" üzəridə köklənmiş kədərli, qəmli izhar, ya da "fortissimo" üzərindəki "vurçatlasın".

Ortada qalan, barraj vuran isə marşlardır.

Belə kədərlə, bravurluqla, marşla əsgəri döyüşə sövq etmək olmaz, mümkün deyil.

Telekanallarda şəhid ailələrindən reportajlara baxıram.

Və telekanal rəhbərlərinə deyirəm: o ailələrə əməkdaşlarınızı göndərib şəhidin ailə üzvlərini ağlatmayın.

Tam əksinə, reportaja baxanlar qürurlanmalı, şəhidlə fəxr etməlidir.

Zatən şəhidlər sonsuz qürur və fəxarət mənbəyimizdir.

Bəstəkarlarımız, şairlərimiz, telekanallarda çalışanlarımız bu işə mümkün qədər ciddi yanaşmalıdır.

Silahlı qüvvələrimiz nə İran ordusudur, nə də ərəb qoşunu: ağlaşma, sıtqama, "mən şəhid oldum", "ölməyə hazırıq" və s. tipli matəm aşılayan kəlmələri unudur.

Əsgər savaşa ölməyə yox, düşməni öldürməyə gedir. Bu qədər bəsit.

Ölmək asandı - Vətən üçün yaşamaq, vuruşmaq, düşməni cəhənnəmə vasil eləmək çətindir.

Xanəndələri və müğənniləri yığıb Şuşaya aparmaq, sonra da videolar paylaşıb "Şuşada möhtəşəm ifa!" deyib ekstaza gəlmək də vətənpərvərlik deyil.

Bu, Vətənə manıs gözü ilə baxmaqdır, əzizlər.

Orduda ideoloji iş plakatları nümayiş etdirmək, pafosla danışmaq, şəhidlər barədə gurultulu çıxışlar etmək deyil.

Ordunu sevmək iki gözünü itirmiş qazi rayon icra hakimiyyətinin başçısının qəbuluna gedəndə, saatlarla qəbul otağında gözlədilməsi deyil ( Həmin ikiayaqlı məxluqat başçının adını iyrəndiyimdən yazmıram).

Silahlı Qüvvələrə dəstək vermək qazini verilişə çağırıb "Ay can, can, necə oldu yaralandın?" kimi sərsəm suallar vermək deyil.

Vaxtımız olanda "Ceddin deden"ə və "Vstavay, strana oqromnaya"ya bir daha qulaq asaq.

Anlayaq.

Çünki savaşlar var öndə.

Savaşmayan millət savaşlarda məhv olur.

Damarlarımızda cahangir babalaramızın qanı axır.

Unutmayaq...

MÜƏLLİFİN DİGƏR YAZILARI
Daha bir ölkədə "Omicron" aşkarlandı 3 Dekabr 2021, 22:56 İki begemot koronavirusa yoluxdu 3 Dekabr 2021, 22:37 Aİ-dən Ukraynaya daha 1,4 milyon avro yardım 3 Dekabr 2021, 22:14 İraqdan “Bayraktar TB2” üçün 100 milyon dollar 3 Dekabr 2021, 22:01 Gürcüstanda azərbaycanlıların kəndində silahlı insident 3 Dekabr 2021, 21:51 BƏƏ Fransadan qırıcı və helikopter alır 3 Dekabr 2021, 21:28 “Qaraheybət” şəhidlərinin ailələrinə bu ödənişlər veriləcək 3 Dekabr 2021, 21:16 Yasamalda binada yanğın - Ölən var 3 Dekabr 2021, 20:52 Azərbaycanda vaksinə xərclənən vəsait 500 MİLYONA ÇATIR 3 Dekabr 2021, 20:37 Heydər Əliyev Fondu ilə UNICEF arasında  memorandum 3 Dekabr 2021, 20:32 Ərdoğan və Putin Soçi görüşünü müzakirə etdi - YENİLƏNİB 3 Dekabr 2021, 20:21 Göyçayın baş həkimi işdən ÇIXARILDI 3 Dekabr 2021, 20:09 Nazirliyin təklifilə bağlı qərar 3 Dekabr 2021, 19:59 Türkiyə ordusu şəhid VERDİ 3 Dekabr 2021, 19:31 Merkel bu tarixdə siyasətdən GEDİR 3 Dekabr 2021, 19:17 "Omicron" aşkarlanan ölkələrin SAYI 3 Dekabr 2021, 19:09 Bakıda 18 yaşlı qızı intihara məcbur edən şəxs HƏBS EDİLDİ 3 Dekabr 2021, 19:00 Türkiyə və Azərbaycan pilotları təlimdə - VİDEO 3 Dekabr 2021, 18:52 Son sutkanın vaksin STATİSTİKASI   3 Dekabr 2021, 18:45 Yoluxma sayı açıqlandı: 24 ölüm baş verdi 3 Dekabr 2021, 18:38 Vilayət Eyvazov əməkdaşlarına TƏLƏB QOYDU 3 Dekabr 2021, 18:30 Xəzərdə cəsəd qalıqları tapıldı 3 Dekabr 2021, 18:22 125 yaşlı Sona nənə dünyasını DƏYİŞDİ 3 Dekabr 2021, 18:15 Məşhur Xalq artisti vəfat etdi 3 Dekabr 2021, 18:08 BMU-dan əlil sahibkarlara dəstək 3 Dekabr 2021, 18:00 Oxçuçayla bağlı tədqiqat qrupu yaradılır 3 Dekabr 2021, 17:55 "Omicron" Braziliyada da AŞKARLANDI 3 Dekabr 2021, 17:50 Qazaxıstan Atom Elektrik Stansiyası tikəcək - Nazarbayev 3 Dekabr 2021, 17:45 Azərbaycanlı şərqşünasın Mehriban Əliyeva haqqında məqaləsi ərəb KİV-lərində gündəm olub 3 Dekabr 2021, 17:40 Nazir ATƏT-in baş katibi ilə üçtərəfli bəyanatları müzakirə etdi 3 Dekabr 2021, 17:34 Jurnalistlər “Azəriqaz”da - FOTO 3 Dekabr 2021, 17:30 Dollar yeni həftəyə belə başlayacaq 3 Dekabr 2021, 17:25 Marallarda koronavirus aşkarlandı 3 Dekabr 2021, 17:20 "YAŞAT"a daxil olan vəsait MƏBLƏĞİ 3 Dekabr 2021, 17:15 Qarabağa gedən yollarda niyə postlar qurulub? - DİN AÇIQLADI 3 Dekabr 2021, 17:10
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?