3 Aprel 2021, 01:05 | Ana Səhifə - Yazılar - “İskəndər” müəmması açılır
“İskəndər” müəmması açılır

Elman Babayev

Ermənistanın Azərbaycanla 44 günlük müharibə ərəfəsində “İskəndər” raketindən istifadə etməsi təsdiqini nəhayət ki, tapdı. Minatəmizləmə Agentliyinin mütəxəssisləri raketin qalıqlarını Şuşada aparılan mina təmizləmə əməliyyatı zamanı aşkara çıxardılar. Agentliyin operativ qərargahının rəisi İdris İsmayılov bildirib ki, aparılan tədqiqat zamanı raketin üzərində olan “9M723” indeks kodu yoxlanılıb. Məlum olub ki, bu, “İsgəndər” raketinin qalıqlarıdır. Həmin qalıqlar bir-birindən 780 metr məsafədədir. Aparılan son araşdırma nəticəsində qənaətə gəlinib ki, atılmış raket “İskəndər-M” kompleksinin raketidir. Raketin uzunluğu 7 metr 23 santimetr, diametri isə 920 millimetrdir. Hazırda partlayış̧ yerində və ətrafda ilkin tədqiqatlar aparılır.


Artıq bu dəhşətli silahın istifadə olunub-olunmaması ətrafında suallar səngiyir. Çünki Ermənistan rəsmiləri tərəfindən bu yaxınlarda “İskəndər” in atılması ilə bağlı etiraflar da səslənmişdi. Müharibə dövründə də təhdidlər var idi. Az sonra minatəmizləmə mütəxəssislərinin ortaya qoyduğu bu sübut “İskəndər” üzərindən qeyri-müəyyənliyi qaldırmış olur. Üstəlik, bəlli olub ki, atılan raket “İskəndər-M”-dir və bu, çox mühüm məqamdır.


Bu, Rusiyanın verdiyi raket komleksidirmi? Bəzi şübhəli məqamlar bu hissədə qalır! Çünki raketin “M”, “E” və “K” seriyaları mövcuddur və Rusiya tərəfi Ermənistana “İskəndər-M”- in verildiyini heç vaxt təsdiqləməyib, amma raketin “E” seriyasının Ermənistana hərbi əməkdaşlıq çərçivəsində verildiyini etiraf edib.


Yadınızdadırsa, Ermənistanda keçirilən hərbi paradların məşqləri zamanı “İskəndər-M” raketinin nümayiş olunduğu iddia edilirdi. O səbəbdən iddia deyirik ki, paradda onun üzəri bağlı idi və 3 raket kompleksi paradın təlimlərinə gətirilmişdi. Rusiya rəsmiləri bunu o zaman da təkzib edirdilər. Lakin fərq etməz, fakt budur ki, Azərbaycan Ermənistan tərəfindən atılan dəhşətli silahın təhlükəsi altında olub və növündən asılı olmayaraq, belə dağıdıcı silahlardan istifadə bəşəri cinayətdir. Əgər o, “İskəndər-M”-dirsə, burada cinayətin şiddəti daha böyükdür.


Ona görə ki:


Bu, ballistik raket sistemidir. Hərbi sənayenin ən son yeniliklərindən biri olan bu raketlər 500 kilometr məsafədən hədəfə 100 faiz dəqiqliklə zərbə endirir və nüvə başlığı da daşıya bilir. Ən müasir radar kompleksləri belə bu raketlərin trayektoriyasını dəqiq müəyyən edə bilmir. Raketin başlanğıc kütləsi 3 800 kq, döyüş başlığının kütləsi 480 kq-dır. Uzunluğu 7,2 m, diametri 920 mm-dir. Hədəfi vurma minimal məsafəsi 50 km-dir. Hədəfi vurma maksimal məsafəsi 500/280 km-dir.


Bu silahın ünvanı Şuşada dağlar, dərələr yox, kütləvi yaşayış yerləri olmuş olsaydı, insanlıq necə bir faciə yaşayacaqdı, bax, bunu sözlə ifadə etmək olduqca çətindir.


Məlumdur ki, dağıdıcı silahlardan bəşəriyyətin hər zaman nifrət bəslədiyi müharibələrdə istifadə olunub. Dünyanın qaniçən liderləri ən təhlükəli silahları dinc sakinlər üzərinə çevirməkdən çəkinməyiblər. İraqın keçmiş rəhbəri Səddam Hüseyn İsraillə savaşda raketə əl atdı, insanların faciəsində məsuliyyətini dərk etmədən bu cinayətini fürsət düşdükcə davam etdirdi. Və yaxud faşist Almaniyasının raketlərlə gözəl şəhərlərə, uşaqların, böyüklərin, yaşlıların başı üzərinə yağdırdığı bombalar. Polşa bomba zərbələrindən necə viranə bir şəhərə döndü! Bunlar tarixin səhifələrində öz izini hər zaman saxlayır və həmin liderlərə əbədi nifrəti də dəyişməz edir.


Ermənistan Gəncəyə, Bərdəyə, Tərtərə atdığı raketlərlə, bais olduğu insan faciələri ilə özünü bir dövlət kimi faşıst Almaniyası, Səddam Hüseyn İraqı ilə eyni sıraya qoydu. Dünyaya göstərdi ki, onun humanizmdən xəbəri yoxdur, dəyərlərdən xalidir, müharibə qaydalarını bilmir, savaşı ordu ilə yox, əsgərlə yox, dinc əhali ilə aparır və bununla özünün alçaq sifətini bütün dünyaya tanıdır.


Gələk, raketin niyə Şuşaya atılması məsələsinə, burada konkret mülahizə yürütmək çətindir. Bəlkə Paşinyan öz cəmiyyətinə “raketdən istifadə etmişəm” - deməyə sübut üçün qərarı belə verib. Bəlkə, Rusiya hərbi sənayesini dünyada nüfuzdan salmaq üçün bir siyasi oyun oynayıb, hansı ki, “İskəndər”in atılması etirafı səslənəndə ekspertlər tərəfindən bu versiya da nəzərdən keçirilmişdi. Ya da ki, erməni xisləti: necə ki, Kəlbəcər yandırıldı, Azərbaycanın əlinə salamat təhvil verilməsin, eləcə də Şuşanı “İskəndər”lə dağıtmaq ki, Azərbaycan bu gözəl yurdu xaraba vəziyyətdə görsün!

MÜƏLLİFİN DİGƏR YAZILARI
Türkiyədəki yanğınlarla bağlı Diasporla İş üzrə Dövlət Komitəsində “qaynar xətt” yaradıldı 31 İyul 2021, 23:04 Fəlakət zonasının sakinləri dövlətdən yardım alacaq - Ərdoğan 31 İyul 2021, 22:55 Əli Hüseynli: "Azərbaycanın İslam və Türk dünyasında nüfuzu artmaqdadır" 31 İyul 2021, 22:39 “Bu tərbiyəsiz Volodya hələ də anlamır ki...” - Fazil Mustafa 31 İyul 2021, 22:22 Türkiyədə yanğınla bağlı son vəziyyət 31 İyul 2021, 22:07 Samuxda piyadanı maşın vurdu 31 İyul 2021, 21:53 Şəhriyar və Teymur FİDE reytinqində mövqeyini qorudu 31 İyul 2021, 21:38 Nazir müavinindən Türkiyədəki azərbaycanlı jurnalistlərə xəbərdarlıq 31 İyul 2021, 21:22 Bakıda mənzildən kişi meyiti tapıldı 31 İyul 2021, 21:08 Növbəti qrup Türkiyəyə yola düşdü - 1 helikopter, 53 texnika, 220 yanğınsöndürən 31 İyul 2021, 20:55 Rusiya qırıcısı dənizə düşdü 31 İyul 2021, 20:48 Prokurorluq bıçaqlanan polislə bağlı məlumat yaydı 31 İyul 2021, 20:36 FHN generalı Türkiyədəki yanğınla bağlı son vəziyyəti açıqladı 31 İyul 2021, 20:24 Bodrumda daha bir yanğın - 3 otel boşaldıldı 31 İyul 2021, 20:09 İki qardaş yol qəzasında yaralandı 31 İyul 2021, 19:55 Bir gündə rekord sayda peyvənd vuruldu 31 İyul 2021, 19:40 Türkiyəyə alovun içində qardaş dəstəyi - VİDEO 31 İyul 2021, 19:33 Marmaris bələdiyyəsi Azərbaycana təşəkkür etdi 31 İyul 2021, 19:25 Bitkoinin qiyməti 42 min dollara çatdı 31 İyul 2021, 19:20 Bakıda Reza Deqatinin sərgisi təşkil olundu - FOTOLAR 31 İyul 2021, 19:10 Həbsdən çıxanlar özünüməşğulluq proqramına cəlb edilir 31 İyul 2021, 19:00 Mehriban Əliyeva “Yüksəliş” müsabiqəsinin qaliblərini TƏBRİK ETDİ 31 İyul 2021, 18:34 Azərbaycan-İsrail iqtisadi əlaqələri genişlənir - FOTO   31 İyul 2021, 18:20 FHN-nin növbəti qrupu Türkiyəyə yola düşür - VİDEO 31 İyul 2021, 18:11 “Belə zamanlarda qardaşlığa çox ehtiyac duyulur” - Ərdoğan 31 İyul 2021, 18:02 Yoluxma sayı açıqlandı - 1 nəfər vəfat edib 31 İyul 2021, 17:50 FHN əməkdaşları Türkiyədə dəhşətli anlar yaşadı - VİDEO 31 İyul 2021, 17:35 BMT-dən aclıq fəlakəti ilə bağlı xəbərdarlıq   31 İyul 2021, 17:27 Eldəniz Səlimovun polis haqqında dedikləri... 31 İyul 2021, 17:05 Bakıda 546 küçə dezinfeksiya edilib 31 İyul 2021, 16:57 Flora Kərimova Prezidentə hərbi salam verdi - “Sizi sevirəm” 31 İyul 2021, 16:48 Keniyalı atletdə dopinq aşkarlandı 31 İyul 2021, 16:23 Hərbçilər üçün konsert verilib - FOTOLAR 31 İyul 2021, 16:14 Nazirlik: Neft ixracı azalıb   31 İyul 2021, 16:05 Həlak olan əsgərimizin FOTOSU 31 İyul 2021, 15:51