Modern.az

Azərbaycanlı snayperlər dəstəsi...

Azərbaycanlı snayperlər dəstəsi...

16 Oktyabr 2009, 14:32

Düşəmənin canlı qüvvəsinin məhvini uzaq məsafədən mümkün edən tüfənglərin istehsalına XVIII əsrin ortalarından başlanılıb. Optik cihazı olan belə atıcı silahlar snayper tüfəngləri, onları idarə edən döyüşçülər isə snayperlər adlandırılır. XVIII əsrdən başlayaraq dünyanın bütün regionlarında aparılan müharibələr zamanı snayperlər xüsusi imtiyazlı döyüşçülər sayılıb.

Seçilmişlər

«Snayper» sözü ilk dəfə İngiltərədə işlədilib. İngiliscə «snipe» olan bu sözün mənası «cüllüt quşunu vurmaqda məharətli atıcı» deməkdir. Cüllüt quşu çox sürətlə uçduğu və gözlənilməz uçuş trayektoriyasına malik olduğu üçün həmişə ovçular üçün çox çətin bir ov sayılıb. İlk dəfə İngiltərədə mahir tüfəng atıcıları snayperlər adlandırılıb. Sonradan bu söz bütün dünyaya yayılıb. Yeri gəlmişkən, Azərbaycanda da  snayperliyi özündə ehtiva edən bir atalar məsəli var: quşu gözündən vuran... Snayperlər xüsusi seçilmiş, yüksək intuisiyalı şəxslərdir. Onlar soyuqqanlıqla və səbrlə lazım olan anın yetişməsini gözləyən və həmin andaca öz işini maksimum dərəcədə yerinə yetirən döyüşçülərdir. Snayperin məharəti ustalıqla düşmənin canlı qüvvəsini tapmaq, onu qiymətləndirmək, şəraitin əlverişli olub-olmadığnı müəyyənləşdirmək və bir atəşlə yox etməklə ölçülür. Snayper nəinki düşmənin canlı qüvvəsini məhv etməlidir, həmiçinin bir atəşlə qarşı tərəfin hərbi vəziyyətinin gedişatını pozmalıdır. Onlar digər keyfiyyətlərə də malik olmalıdırlar. Məsələn, düşmənlərin ayaq üstə gəzməsini məhdudlaşdırmalı, əyilməyə, gizlənməyə məcbur etməli, başlarını belə qaldırmağa imkan verməməlidir. Snayper düşmənn canlı qüvvəsi arasına təşviş salmağı, onları vahimələndirməyi, dağıtmağa nail olmağı bacarmalıdır. Snayperin ən mühüm məqsədi düşmənin canına qorxu salmaqdır. O, düşmənin gözləmədiyi yerdə peyda olmalıdır. Snayper həm də ovçudur. Bu baxımdan ovçu gərək gözə görünməyən olsun. Snayper soyuğa, aclığa, ağrıya, hərəkətsizliyə dözməli, bəzən saatlarla durduğu yerdən tərpənməməyi bacarmalıdır. Düşmənin hər hansı canlı qüvvəsi snayper üçün şikar sayılır. Snayper səbrlə onu izləməli və atəşə uyğun olan bir vəziyyətdə aradan götürməlidir.

Dünyada ilk snayper dəstəsi Snayperlərin geyinikləri xüsusi maskalanma paltarlarından  XVIII əsrin sonlarında istifadə edilməyə başlanıb.

Dünyada mahir atıcılardan ibarət ilk nizami hərbi dəstə 1861-ci ildə ABŞ-da gedən Vətəndaş Müharibəsi zamanı şimallıların ordusunun polkovniki Hiram Berdanın (bu şəxs sonralar Rusiyada «berdanka» adı ilə tanınan tüfəng istehsalına başlayıb) rəhbərliyi altında yaradılıb. Bu atıcı polkun döyüşçüsü olmaq üçün əsgərlər əvvəlcə ağır bir testdən keçərək, özlərinin peşəkarlıqlarını nümayiş etdirməliydilər. Belə ki, imtahan verənlər 182,9 metr məsafədən 15,2 sm ölçüsü olan hədəfi vurmalı idilər. Berdanın döyüşçüləri o zamanın ölçüləri ilə yüksək keyfiyyətli «Sharps» tüfəngləri ilə silahlanmışdılar. Bu tüfənglər 1371,6 metr məsafədən atəş açmağa imkan verirdi. 1899-1902-ci illərdə davam etmiş ikinci ingilis-bur müharibəsi zamanı daha yüksək keyfiyyətli snayper tüfənglərindən istifadə olunub.

İlk xüsusi snayper məktəbi I Dünya Müharibəsi dövründə atıcı silahdan uzaq nişanlara açılan atəş sahəsində almanlar birmənal şəkildə başqalarına nisbətən üstünlük təşkil edirdilər. Almanların bu sahədə olan üstünlük səviyyəsi o qədər açıq-aydın idi ki, bəzən onlar hətta müxtəlif əşyalara atəş açmaqla da əylənirdilər.

İlk dəfə 1915-ci ildə Böyük Britaniyada xüsusi snayper məktəbi təşkil edilib. Həmin məktəbdə əsgərlərə snayper ustalığının bütün incəlikləri öyrədilirdi. Bu məktəbdə snayperlərin hazırlanması üçün ən yaxşı müəllimlər kanadalı, avstraliyalı və cənubi afrikalı ovçular olublar. Məktəbdə ilk dəfə britaniyalılar tərəfindən tətbiq edilmiş yüngül yaşıl parçadan və ot çəngələrindən hazırlanmış maskalanma kostyumları sonradan dünyanın bütün ölkələrinin snayperləri üçün ənənəvi geyim formasına çevrildi.

SSRİ-nin «Voroşilov atıcısı» I Dünya Müharibəsi sona çatdıqdan sonra Böyük Britaniya, ABŞ, Fransa, Almaniya kimi böyük dövlətlər nədənsə snayperlik sahəsində əldə etdikləri təcrübəyə etinasızlıq göstərərək özlərinin atıcı dəstələrini ixtisara saldılar və ya onları tamamilə ləğv etdilər. Həmin dövrdə böyük dövlətlərdən yalnız SSRİ snayper hazırlığı prosesinə ciddi yanaşıb. O zamankı sovet rəhbərliyi, mahir atıcılar üçün xüsusi mükafat-«Voroşilov atıcısı» fəxri nişanı da təsis etmişdi. 1938-ci ildən sonra hər il SSRİ-də 53 min snayper tüfəngi istehsal edilirdi.

Baloğlan Abbasovun snayperlər dəstəsi II Dünya Müharibəsi zamanı sovet snayperləri daha böyük şöhrət qazandılar. II Dünya Müharibəsinin gedişatında snayperlər arasında əsas qarşılıqlı atışma 548,7 metrdən az məsafədə aparılırdı. Yeri gəlmişkən, II Dunya  Müharibəsi zamanı Stalinqradın müdafiəsində azərbaycanlı Baloğlan Abbasovun snayperlər dəstəsi düşmənə ağır zərbələr vurub. Buna görə ona Sovet İttifaqı Qəhrəmanı adı verilib. Həmin müharibədə Sovet Ordusunun İvan Kulbertinov, Vasili Zaytsev, Mixail Surkov, Vasili Kvaçantaridze, almanların isə Ervin Köniq kimi çox məşhur snayperləri var idi ki, onların hər biri 500-dən çox düşmən hərbçisi məhv etmişdi.

Snayper tüfənglərinin istehsalında yeni bir dövr Snayper tüfənglərinin istehsalında yeni bir dövr Vyetnam müharibəsi ilə başladı. Bu müharibədə snayperlər daha mükəmməl silahla təchiz edilmişdilər. Sonralar snayper tüfəngləri daha da təkmilləşdirildi.

Hal-hazırda snayperlər dünyanın bütün ordularında və həmçinin polisində və xüsusi xidmət orqanlarında mövcuddur. Snayper silahlarından həmçinin cinayətkarlar və terrorçular da istifadə edirlər.

Dünyanın ən mahir atıcısı İndiyədək dünyada ən uzaq məsafədəki hədəfi sərrast atışla məhv edən bilən snayper kanadalı Rob Farlonq olub. Əfqanıstandakı antiterror əməliyyatlarında iştirak edən bu sülhməramlı hərbçi 2430 m məsafədəki terrorçunu məhv edib.

Hazırda Rusiya, ABŞ, Almaniya, Böyük Britaniya, Fransa ən yaxşı snayper tüfəngləri istehsal edən ölkələrdir. Məsələn, Rusiyada «Draqunov», SKS-45, SV-99, ABŞ-da AKU-94, Almaniyada «Valter VA2000» kimi yaxşı snayper tüfəngləri istehsal olunur.

Türkyədə də «ASELSAN» şirkəti tərəfindən son model snayper tüfəngi istehsalı olunur. Bu tüfəngə birləşdirilən xüsusi cihaz sayəsində snayper səngərdə uzanaraq başını qaldırmadan hədəfi təyin edə bilir. Bu zaman qarşı tərəf onu görə bilmir. Döyüş zamanı daldalanan əsgər modern pereskop xüsusiyyətlərinə malik cihaz vasitəsilə ətrafına nəzarət imkanı da əldə etmək imkanı qazanır.

Azərbaycanın «İstiqlal» snayperi Yeri gəlmişkən Azərbaycanda da «İstiqlal» markalı snayper tüfəngi istehsal olunur. «İstiqlal» snayper tüfəngi ötən ilin noyabrında Pakistanda keçirilən «İDEAS-2008» hərbi sənaye sərgisində nümayiş etdirilib. Silah bir sıra ölkələrdən olan hərbçilərin marağına səbəb olub. Ümumiyyətlə, «snayper» anlıyışı adət üzrə ancaq müharibə vəziyyətinə aid edilir. Sülh dövründə isə həmin anlayış «idman atıcısı» kimi tanınır. Hazırda dünyada güllə atıcılığı üzrə müxtəlif idman yarışları keçirilir.

Adəm

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi