19 Oktyabr 2021, Çərşənbə axşamı
28 Aprel 2021, 09:36 | Ana Səhifə - Yazılar - Bu həbslər yerli idarəetmədə islahatın aparılmasını qaçılmaz edir
Bu həbslər yerli idarəetmədə islahatın aparılmasını qaçılmaz edir

Vüqar Tofiqli


Həbs edilən icra başçılarının sayı bu gün o qədərdir ki, saydıqca qurtarmaq bilmir. Dostların sayəsində dəqiqləşdirə bildim ki, son illərdə Ağstafa, Neftçala, İmişli, Kürdəmir, Yevlax, Biləsuvar, Cəlilabad və ən nəhayət Şəmkir RİH-də antikorrupsiya əməliyyatı keçirilmişdir. Adıçəkilən rayonların icra başçıları həbs edilsə də, Abşeron və Xəzər RİH-də aparılan əməliyyat nəticəsində bir qədər aşağı ranqlı məmurlar həbsə alındı. Əslində adıçəkilən rayonlarda aşağı ranqlı məmurların həbsi elə siyasi rəhbərlərə ciddi siqnal idi.

Beləliklə “əməliyyat” aparılan rayonların sayı ona çatmış oldu.

Gəlin etiraf edək ki, hələ bu son siyahı olmayacaqdır. Nəticə etibariylə cənab Prezidentin qətiyyətiylə siyahının davam etdiriləcəyi hiss olunur. Çünki bələdiyyə sədrlərini “ağlar günə” qoyan, sədrlərin əlində-ovucunda olanı əlindən alan, “komxoza” ayrılan vəsaiti məniməsyib, hətta zibil maşınlarını bələdiyyə sədrlərinə təmir etdirib, nəticədə bələdiyyələri lazımınca “yükləyən” onlarca siyasi rəhbər vardır. Və bu prosesə son qoyulmalı idi. Və qoyulurda.

Lakin bizim söhbətimiz kimin tutulmağından getmir, söhbət bu prosesin hara getdiyindən gedir. Yəni bu həbslər, özü də rüşvətlə həbs olunmalar nəticə etibarıylə icra strukturunun nüfuzuna xələl gətirir və ümumi idarəetməyə qara ləkə salır, desəm yəqin ki, yanılmaram.

Rayon “komxoz”larındakı eybəcər vəziyyət, işçilərin əməkhaqqı kartlarının bir əldə cəmlənməsi və sair bu kimi hallar, demək olar ki, hər bir rayonda vardır. Hər kəsin bildiyini təkrar etmək niyyətində deyiləm. Çünki bu və digər məlumatları rayonlarda uşaqdan böyüyə hər kəs bilir.

BİLMƏLİ OLANLARDA BİLİR.

Fikrimcə, proses regional idarəetməyə doğru gedir.

Bugünkü real vəziyyət yerli idarəetmədə islahatın aparıımasını qaçılmaz edir. Gəlin tam səmimi etiraf edək ki, Bakıda 12 rayonun, Gəncədə isə 2 rayonun olmasına heç bir ehtiyac yoxdur. Əslində bu qurumlar büdcəyə artıq yükdür. Bakı ŞİH başçısı Eldar Əzizov üç ilə yaxındır ki, müavinsiz işləyə bilirsə, onda 12 rayonda 36 müavin postunun olması nəyə və kimə lazımdır?

Nəzərə alaq ki, bu rayonların heç bir səlahiyyəti qalmayıb. Məhz indiki halda dövlət büdcəsinə qənaət etməyin tam vaxtı deyilmi?

Fikrimcə, ilkin olaraq kommunal xidmət sahələrinin, yəni “komxoz” strukturunun, RİH-lərə ayrılan maliyyə vəsaitinin minimum üç il ərzində bələdiyyələrə ayrılması şərtiylə icra hakimiyyətlərinin səlahiyyətlərindən alınmaqla bələdiyyələrə verilməsi gerçəkləşdirilə bilər. Və bu gün həmin “komxoz” strukturuna aid olan “Jek”lərin nəğd şəkildə “zibil pulu ”yığımına da son qoyular. Nəyə görə yerli vergilərin nəğdsiz ödənişi haqqında Prezident sərəncamı olduğu halda “zibil pulu” nəqd şəkildə yığılmalıdır. Və əlavə edim ki, bununla bağlı hər hansı hesabatlılıq, şəffaflıq təmin edilmir. Kimsə deyə bilərmi ki, BŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamenti il ərzində nə qədər “zibil pulu” yığıb və hara xərcləyib?

Təklif edərdik ki, ilkin olaraq bu strukturun bələdiyyələrə verilməsi həyata keçirlsin, növbəti mərhələdə isə regional idarəetməyə keçidə start verilsin.

Son olaraq üzümü həbs olunmayan siyasi rəhbərlərə tutub deyirəm: bələdiyyələrə dəstək olun, qanunların verdiyi imkanları sizdə verin, şərait yaradın ki, onlar sərbəst fəaliyyət göstərməklə seçicilərinə layiqli xidmət göstərmiş olsunlar.

MÜƏLLİFİN DİGƏR YAZILARI
“Narahatlıq hiss edən bütün uşaqlardan test götürülməlidir” 19 Oktyabr 2021, 15:59 Azərbaycanda yeni siyasi partiya yaradılır 19 Oktyabr 2021, 15:56 Formula-1 gələn il Bakıda bu tarixdə KEÇİRİLƏCƏK 19 Oktyabr 2021, 15:45 İlham Əliyev MEDİA işçilərinin sayını azaltdı 19 Oktyabr 2021, 15:43 Qrip və koronavirusa eyni anda yoluxma RİSKİ 19 Oktyabr 2021, 15:38 Prezident fərman İMZALADI 19 Oktyabr 2021, 15:34 II Qarabağ Müharibəsində ölən erməni məşhurlar - SİYAHI 19 Oktyabr 2021, 15:29 “Azərsu” yeni layihənin icrasına başladı - FOTO 19 Oktyabr 2021, 15:25 İlham Əliyevdən Məhərrəm Əliyevlə bağlı SƏRƏNCAM 19 Oktyabr 2021, 15:21 Bütün hədəflərimiz reallıqda öz əksini tapır 19 Oktyabr 2021, 15:16 Azad edilmiş rayonların baş planı Prezidentə təqdim ediləcək - RƏSMİ 19 Oktyabr 2021, 15:12 Prezident sabiq deputatla bağlı sərəncam VERDİ 19 Oktyabr 2021, 15:06 Nazir Kukla Teatrının direktorunu İŞDƏN ÇIXARDI 19 Oktyabr 2021, 15:00 “Ata Abdullayev məndən “iPhone 11” istədi” - MƏHKƏMƏ 19 Oktyabr 2021, 14:54 Sahibə Qafarova beynəlxlq konfransda iştirak edəcək 19 Oktyabr 2021, 14:48 11 il müəllim işləyən qadının “patı” istifadə etdiyi üzə çıxdı - VİDEO 19 Oktyabr 2021, 14:42 Narkotikə görə daha 12 nəfər saxlanıldı 19 Oktyabr 2021, 14:36 Ruslan Əliyev medianın suallarını cavablandıracaq 19 Oktyabr 2021, 14:30 Vəzifəli şəxslərdən pul tələb edən jurnalistlərin işi məhkəmədə 19 Oktyabr 2021, 14:25 Küçədə tapılan uşaq valideynləri tərəfindən döyülüb? - RƏSMİ 19 Oktyabr 2021, 14:20 ABŞ-dakı körpüdə Azərbaycan bayrağı - FOTO 19 Oktyabr 2021, 14:14 Gədəbəy və Şamaxıya dolu yağıb - FAKTİKİ HAVA 19 Oktyabr 2021, 14:10 Meyxanaçı siyasi qafiyələrə görə həbs edilib? - DİN-dən iddialara REAKSİYA 19 Oktyabr 2021, 14:05 Zooparka gedənlərin sayı 5 min nəfər olub, məktəblər niyə bağlansın?! 19 Oktyabr 2021, 14:04 Botanika İnstitutuna direktor əvəzi təyin edildi 19 Oktyabr 2021, 14:00 Ceyhun Bayramovdan Ermənistana xəbərdarlıq -  “Adekvat cavab veriləcək” 19 Oktyabr 2021, 13:54 Məktəblər yenidən bağlanır? - Nazirlikdən rəsmi cavab 19 Oktyabr 2021, 13:50 Azərbaycanda yeni televiziya kanalı yaradılacaq 19 Oktyabr 2021, 13:45 Azərbaycan Ermənistana şərtini açıqladı 19 Oktyabr 2021, 13:39 “Əl Şərq” qəzeti Azərbaycan-Qətər əlaqələrindən yazıb 19 Oktyabr 2021, 13:35 Azərbaycan Slovakiyadan minatəmizləmə maşınları gətirəcək 19 Oktyabr 2021, 13:30 Türkiyə lirəsi ucuzlaşmaqda davam edir 19 Oktyabr 2021, 13:28 Bakı ilə İrəvan arasında danışıqlar bu sənədlər əsasında APARILACAQ 19 Oktyabr 2021, 13:23 Sabahdan Bakıda bal yarmarkası başlayır 19 Oktyabr 2021, 13:18 Həkimin intihara cəhdilə bağlı RƏSMİ açıqlama 19 Oktyabr 2021, 13:12