Modern.az

Azərbaycanda hər 100 nəfərdən 82-sinin mobil telefonu var

Azərbaycanda hər 100 nəfərdən 82-sinin mobil telefonu var

19 Oktyabr 2009, 15:59

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 2009-cu ilin 9 ayının yekunlarına dair kollegiya iclası keçirilib. İclasda çıxış edən rabitə və informasiya texnologiyaları nazir Əli Abbasov rabitə və informasiya texnologiyaları sahəsində qənaətbəxş nailiyyətlər əldə olunduğunu bildirib. Modern.az  xəbər verir ki, nazir öz çıxışında ölkə ərazisinin tamamilə telefonlaşdırılması, əhalinin internetə çıxış imkanlığının daha da asanlaşması, regionlarda genişzolaqlı internet xidmətlərinin tətbiqi və TAE fiber-optik kabel xəttinin genişləndirilməsindən danışaraq, digər həlli vacib olan məsələlərə də toxunu. Daha sonra, Nazirliyin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri Rəşad Nəbiyev 2009-cu ilin I rübünün yekunları ilə bağlı məruzə ilə çıxış edib. Hesabat dövründə əldə olunan uğurları diqqətə çatdıran məruzəçi bildirib ki, 2009-cu ilin 9 ayı ərzində İKT və poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,3% artaraq 778,6 milyon manat təşkil edib. Məruzəçi bildirib ki, respublikanın telefon şəbəkəsində elektron ATS-lərin xüsusi çəkisi 01.10.2009-cu il tarixinə olan məlumata görə, 84,2%-ə, Bakı şəhər telefon şəbəkəsində və respublikanın digər bölgələrində isə müvafiq olaraq 85,7 və 82,6%-ə çatdırılıb. Respublika üzrə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı  15,7 ədəd təşkil edib. Bu göstərici Bakı şəhəri üzrə 34,2 ədəd, respublikanın digər ərazilərində isə 10,2 ədədə yüksəlib. İlin əvvəli ilə müqayisədə hesabat dövründə mobil abunəçilərin sayı 752 000 nəfər artaraq 7 300 000 çatıb ki, bu da hər 100 nəfər əhaliyə 82,0 mobil abunəçinin düşməsi deməkdir. Cari ilin əvvəli ilə müqayisədə respublika üzrə genişzolaqlı internet abunəçilərin sayı 1,5 dəfə artıb. Hazırda Bakı şəhəri ilə yanaşı, bu xidmətin təşkil olunduğu şəhər və rayonların sayı 50-yə çatdırılıb.  Hesabat dövründə əhalinin hər 100 nəfərinə düşən kompüterlərin sayı 8 ədədə, internet istifadəçilərinin sayı 37,0-yə bərabər olub. İclasın sonunda məruzədə səslənən fikir və təkliflərlə bağlı qərar qəbul olunub.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü