14 May 2016, 17:15 | Ana Səhifə - Yazılar - Uşaqların qarşısında sipər olmayın!
Uşaqların qarşısında sipər olmayın!

Qarabağ uğrunda  müharibə başlayanda 11 yaşım vardı. Və bir gün xəbər gəldi ki, ermənilər Xocalı şəhərinə girərək misli görünməmiş vəhşilik törədiblər. Hər yerdə bu haqda danışırdılar. Millət yas içində idi.  Orda mənim yaşıdlarımın da başına olmazın oyunlar açılmışdı. Bütün bunlardan duyğulan 11 yaşlı balaca belə bir şeir yazır.

Elimin, millətimin vüqarı,
Dilimin, şöhrətimin vüqarı,
Sözümün, söhbətimin vüqarı,
Sənsən, anam Xocalı!

Bu ilk şeirim idi. Uzun-uzadı yazdıqlarımdan bir tək bunlar yadımda qalıb.

Anamın əmisi oğlu vardı. Özünə şair deyirdi. Hadisələr başlayanda Rusiyadakı evini-eşiyini qoyub rayona qayıtmışdı. Günlərin bir günündə ailəsi ilə bizə qonaq gəldi. Atam, “Günel, Xocalıya aid şeir yazıb” demişdi. Gətirdim, oxudu. Reaksiyası belə oldu: “Bu şeir deyil”. Arqumenti də o idi ki, Xocalı mənim anam ola bilməz. Ağladım. Şeiri yazdığım dəftəri isə xırda-xırda doğrayıb, yandırdım. O gündən bir də şeir yazmadım. Hekayələrimi isə hamıdan gizlədim.

Uşaq yaddaşımda dərin iz qoyan bu kiçik epizod, Füzulidə qarşılaşdığım bir hadisədən sonra yenidən yadıma düşdü.  

Reportaj hazırlamaq məqsədi ilə cəbhə rayonuna  getmişdik. Horadizin girişində gözümüzə 10-11 yaşlarında olan oğlan uşağı sataşdı. Tar çalırdı. Maşından düşüb yaxınlaşdıq. Bizimçün “Qarabağ şikəstəsini” ifa etdi. Televiziyaya çəkilmək istəyib-istəmədiyini soruşdum. Razılaşdı. Kameranı gətirmək istyirdik ki, evdən yaşlı bir qadın çıxdı. Salamsız, kəlamsız uşağı itələyib saldı həyətə. Məramımızı açıqladıq. Üzündəki ifadənin dəyişəcəyini gözlədiyim halda əksi oldu.

“Qələt edir televiziyaya çəkilir. Nə vaxt böyüyər özü gedib efirə çıxar!”. Bu qadının son sözləri oldu. Balacanın, pərt olmuş simasına əhəmiyyət vermədən aparıb basdı evə. Biz isə baxa-baxa qaldıq.

Çox pis oldum. Axı niyə? Niyə biz, övladlarımıza qarşı bu qədər amansız davranırıq? Niyə, onlara stimul olmuruq? Niyə, həvəslərini qursaqlarında saxlayırıq? Onlar böyüklərdən artıq şəxsiyyətdirlər. Çünki, safdırlar, daha yaradıcıdırlar.

Bir də əksəriyyətin bəyənmədiyi yəhudi xalqına baxın! Bilirsiz onlar niyə hər kəsdən öndədirlər? Çünki, ağıllıdırlar. Bu keyfiyyət onlara körpəlikdən aşılanır. Uşağın tərbiyə və inkişafına yəhudilər qədər diqqət və vaxt ayıran ikinci xalq mövcud deyil. Nəticədə, böyüyən nəsil  bütün sferalarda böyük uğurlar qazanır.

Bu da onların  7 qızıl tərbiyə qaydası.  

1. Uşaqlarda kompleks yaranmasına imkan vermirlər. Yəhudi ana heç bir zaman qışqırmaz, ahəngli və səbirli səslə : “Sənin kimi ağıllı, dərrakəli uşaq belə səhvlər edə bilməz” kimi ifadələr işlədər.

2. Yəhudi uşaqlarının evdə sərbəstliyi və istədiyini etməsi yalnız təəccüb doğura bilər. Karandaşla bütün divarları yaza, anasının dodaq boyası ilə atasının xarici pasportunu rəngləyə bilərlər. Bütün bu işlərə görə onları heç kim danlamır. Uşaqlıqdan fantaziya və təxəyyülün inkişafı üçün şərait yaradılır. Məhdudlaşdırma yalnız uşağın özünə və ya ətrafdakılara ziyan verə bilinəcəyi təqdirdə olduqca mədəni və hiss edilməyəcək şəkildə edilir.

3. Yəhudi anaları uşaqlarını tez-tez tərifləyirlər. Hətta bizim diqqət yetirməyəcəyimiz olduqca? kiçik məqamları da uşağın böyük uğuru kimi göstərib ona təriflər yağdırırlar.

4. Uşağa yalan danışmırlar. Nə isə söz verildisə tam ciddiyyəti ilə yerinə yetirilir.

5.  Yəhudi ata və analar heç bir zaman övladlarının yanında mübahisə edib münasibət aydınlaşdırmırlar. Uşaqlar tam harmoniyada və sağlam psixoloji mühitdə böyüyür.

6. Yəhudi anaları uşağa tərbiyə vermənin incəliklərini ailə qurmazdan əvvəl öyrənməyə başlayır. Bunun üçün sinaqoqlarda xüsusi kurslar var. Tərbiyə proqramının hazırlanmasında qədim müdriklərin tərtib etdiyi mətnlər və eləcə də ekspertlərin tövsiyəsi önəmli yer tutur.

7. Yəhudi valideynlər uşağa vaxtı və işləri düzgün planlaşdırmanı aşağı yaşlardan təlqin edirlər. Övladlarının boş vaxt keçirməyə və tənbəllik etməyə imkanı olmur. Müxtəlif dərnəklər, məşğələlər, tapşırıqların icrası planlı şəkildə reallaşdırılır.

Bu cür tərbiyyə üsulları olan cəmiyyət daim inkişaf edəcək. Bəs biz niyə bundan geri qalaq? Övladlarımızın qarşısına sipər olduqca bizim heç vaxt bir gələcəyimiz olmaycaq!

MÜƏLLİFİN DİGƏR YAZILARI
Lev Yaşin mükafatının qalibi bəlli oldu 30 Noyabr 2021, 00:53 20 yaşlı polis VƏFAT ETDİ 30 Noyabr 2021, 00:09 Ailənin 5 üzvü dəm qazından zəhərləndi 30 Noyabr 2021, 00:01 Türkiyədə koronavirusla bağlı son vəziyyət 29 Noyabr 2021, 23:54 Konqoda qaçqın düşərgəsinə hücum: 20 ölü 29 Noyabr 2021, 23:29 Polisdən mülki geyimdə REYD 29 Noyabr 2021, 23:03 Qlobal səylər səfərbər edilir 29 Noyabr 2021, 22:46 Azərbaycan SOA ölkələri ilə əməkdaşlığa HAZIRDIR 29 Noyabr 2021, 22:32 Aİ rəsmisi təhsil naziri ilə danışıqlar APARDI 29 Noyabr 2021, 22:22 “Omikron” ştammı İsveçdə 29 Noyabr 2021, 22:09 İstanbulda məktəblər  BAĞLANDI 29 Noyabr 2021, 21:53 Emin Əmrullayev Dünya Bankının rəsmisi ilə GÖRÜŞDÜ 29 Noyabr 2021, 21:40 Aİ yeni media qanunu hazırlayır 29 Noyabr 2021, 21:24 Belarusdan Ukrayna ilə sərhəddə təlim QƏRARI 29 Noyabr 2021, 21:03 Xarici ticarət dövriyyəsi 26 milyard dolları ötüb 29 Noyabr 2021, 20:47 “Twitter”in rəhbəri istefa VERDİ   29 Noyabr 2021, 20:37 Əks-göstəriş sertifikatı ilə bağlı yeni qaydalar 29 Noyabr 2021, 20:23 İranda helikopter qəzası 29 Noyabr 2021, 20:11 Əlaqələndirmə mərkəzlərində vətəndaşlara göstəriləcək xidmətlər 29 Noyabr 2021, 19:52 COVID sertifikatının verilmə QAYDASI 29 Noyabr 2021, 19:33 COVID-19-la bağlı sertifikatlar TƏSDİQLƏNDİ 29 Noyabr 2021, 19:21 Türkiyədə qasırğa - 4 nəfər ÖLDÜ 29 Noyabr 2021, 19:19 Yeni il qabağı karantinə nəzarət GÜCLƏNDİRİLİR 29 Noyabr 2021, 19:10 Operativ Qərargahdan "Omicron"la bağlı TAPŞIRIQ 29 Noyabr 2021, 19:07 2 rayonda qaz OLMAYACAQ 29 Noyabr 2021, 18:50 Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilən QOCALAR 29 Noyabr 2021, 18:42 Ermənistanın Azərbaycana  kiberhücumları - VİDEO 29 Noyabr 2021, 18:21 Pensiyasını orduya bağışlayan Hikmət baba Şuşaya APARILDI 29 Noyabr 2021, 18:05 Fəlsəfə doktorluğu üçün QEYDİYYAT 29 Noyabr 2021, 18:00 Putin xüsusi nümayəndəsini İrana göndərdi 29 Noyabr 2021, 17:55 XİN rəhbərləri arasında məsləhətləşmə 29 Noyabr 2021, 17:50 Aşağı Gövhərağa məscidi bərpa olunur 29 Noyabr 2021, 17:46 Dolların məzənnəsi sabit qaldı 29 Noyabr 2021, 17:42 Bolqarıstanlı xanım Azərbaycanda nazir müavini TƏYİN EDİLDİ 29 Noyabr 2021, 17:38 Yaponiyada güclü ZƏLZƏLƏ 29 Noyabr 2021, 17:32
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?