14 May 2016, 17:15 | Ana Səhifə - Yazılar - Uşaqların qarşısında sipər olmayın!
Uşaqların qarşısında sipər olmayın!

Qarabağ uğrunda  müharibə başlayanda 11 yaşım vardı. Və bir gün xəbər gəldi ki, ermənilər Xocalı şəhərinə girərək misli görünməmiş vəhşilik törədiblər. Hər yerdə bu haqda danışırdılar. Millət yas içində idi.  Orda mənim yaşıdlarımın da başına olmazın oyunlar açılmışdı. Bütün bunlardan duyğulan 11 yaşlı balaca belə bir şeir yazır.

Elimin, millətimin vüqarı,
Dilimin, şöhrətimin vüqarı,
Sözümün, söhbətimin vüqarı,
Sənsən, anam Xocalı!

Bu ilk şeirim idi. Uzun-uzadı yazdıqlarımdan bir tək bunlar yadımda qalıb.

Anamın əmisi oğlu vardı. Özünə şair deyirdi. Hadisələr başlayanda Rusiyadakı evini-eşiyini qoyub rayona qayıtmışdı. Günlərin bir günündə ailəsi ilə bizə qonaq gəldi. Atam, “Günel, Xocalıya aid şeir yazıb” demişdi. Gətirdim, oxudu. Reaksiyası belə oldu: “Bu şeir deyil”. Arqumenti də o idi ki, Xocalı mənim anam ola bilməz. Ağladım. Şeiri yazdığım dəftəri isə xırda-xırda doğrayıb, yandırdım. O gündən bir də şeir yazmadım. Hekayələrimi isə hamıdan gizlədim.

Uşaq yaddaşımda dərin iz qoyan bu kiçik epizod, Füzulidə qarşılaşdığım bir hadisədən sonra yenidən yadıma düşdü.  

Reportaj hazırlamaq məqsədi ilə cəbhə rayonuna  getmişdik. Horadizin girişində gözümüzə 10-11 yaşlarında olan oğlan uşağı sataşdı. Tar çalırdı. Maşından düşüb yaxınlaşdıq. Bizimçün “Qarabağ şikəstəsini” ifa etdi. Televiziyaya çəkilmək istəyib-istəmədiyini soruşdum. Razılaşdı. Kameranı gətirmək istyirdik ki, evdən yaşlı bir qadın çıxdı. Salamsız, kəlamsız uşağı itələyib saldı həyətə. Məramımızı açıqladıq. Üzündəki ifadənin dəyişəcəyini gözlədiyim halda əksi oldu.

“Qələt edir televiziyaya çəkilir. Nə vaxt böyüyər özü gedib efirə çıxar!”. Bu qadının son sözləri oldu. Balacanın, pərt olmuş simasına əhəmiyyət vermədən aparıb basdı evə. Biz isə baxa-baxa qaldıq.

Çox pis oldum. Axı niyə? Niyə biz, övladlarımıza qarşı bu qədər amansız davranırıq? Niyə, onlara stimul olmuruq? Niyə, həvəslərini qursaqlarında saxlayırıq? Onlar böyüklərdən artıq şəxsiyyətdirlər. Çünki, safdırlar, daha yaradıcıdırlar.

Bir də əksəriyyətin bəyənmədiyi yəhudi xalqına baxın! Bilirsiz onlar niyə hər kəsdən öndədirlər? Çünki, ağıllıdırlar. Bu keyfiyyət onlara körpəlikdən aşılanır. Uşağın tərbiyə və inkişafına yəhudilər qədər diqqət və vaxt ayıran ikinci xalq mövcud deyil. Nəticədə, böyüyən nəsil  bütün sferalarda böyük uğurlar qazanır.

Bu da onların  7 qızıl tərbiyə qaydası.  

1. Uşaqlarda kompleks yaranmasına imkan vermirlər. Yəhudi ana heç bir zaman qışqırmaz, ahəngli və səbirli səslə : “Sənin kimi ağıllı, dərrakəli uşaq belə səhvlər edə bilməz” kimi ifadələr işlədər.

2. Yəhudi uşaqlarının evdə sərbəstliyi və istədiyini etməsi yalnız təəccüb doğura bilər. Karandaşla bütün divarları yaza, anasının dodaq boyası ilə atasının xarici pasportunu rəngləyə bilərlər. Bütün bu işlərə görə onları heç kim danlamır. Uşaqlıqdan fantaziya və təxəyyülün inkişafı üçün şərait yaradılır. Məhdudlaşdırma yalnız uşağın özünə və ya ətrafdakılara ziyan verə bilinəcəyi təqdirdə olduqca mədəni və hiss edilməyəcək şəkildə edilir.

3. Yəhudi anaları uşaqlarını tez-tez tərifləyirlər. Hətta bizim diqqət yetirməyəcəyimiz olduqca? kiçik məqamları da uşağın böyük uğuru kimi göstərib ona təriflər yağdırırlar.

4. Uşağa yalan danışmırlar. Nə isə söz verildisə tam ciddiyyəti ilə yerinə yetirilir.

5.  Yəhudi ata və analar heç bir zaman övladlarının yanında mübahisə edib münasibət aydınlaşdırmırlar. Uşaqlar tam harmoniyada və sağlam psixoloji mühitdə böyüyür.

6. Yəhudi anaları uşağa tərbiyə vermənin incəliklərini ailə qurmazdan əvvəl öyrənməyə başlayır. Bunun üçün sinaqoqlarda xüsusi kurslar var. Tərbiyə proqramının hazırlanmasında qədim müdriklərin tərtib etdiyi mətnlər və eləcə də ekspertlərin tövsiyəsi önəmli yer tutur.

7. Yəhudi valideynlər uşağa vaxtı və işləri düzgün planlaşdırmanı aşağı yaşlardan təlqin edirlər. Övladlarının boş vaxt keçirməyə və tənbəllik etməyə imkanı olmur. Müxtəlif dərnəklər, məşğələlər, tapşırıqların icrası planlı şəkildə reallaşdırılır.

Bu cür tərbiyyə üsulları olan cəmiyyət daim inkişaf edəcək. Bəs biz niyə bundan geri qalaq? Övladlarımızın qarşısına sipər olduqca bizim heç vaxt bir gələcəyimiz olmaycaq!

MÜƏLLİFİN DİGƏR YAZILARI
Mağazalardan oğurluq edən şəxs saxlanıldı - FOTO 4 Dekabr 2020, 11:16 İlham Əliyev: “Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilib” 4 Dekabr 2020, 11:10 Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 5 mini ötdü 4 Dekabr 2020, 11:04 Ermənistanda yaşayanların sayı AZALIB 4 Dekabr 2020, 10:58 “Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır” - Səfir 4 Dekabr 2020, 10:52 Prezident şəhidlərimizlə bağlı paylaşım etdi 4 Dekabr 2020, 10:46 Bakıda COVİD 19-a ən çox yoluxan rayonlar - SİYAHI 4 Dekabr 2020, 10:40 Ermənistan itkilərinin bir hissəsini AÇIQLADI 4 Dekabr 2020, 10:34 Mahir Qabiloğlunun ad günündə “İTBAŞI” romanının 3-cü hissəsi çap olundu 4 Dekabr 2020, 10:28 İlham Əliyev: “Dünya pandemiyanın növbəti dalğası ilə üzləşib” 4 Dekabr 2020, 10:22 Koronavirusa yoluxma üzrə lider rayonlar - SİYAHI 4 Dekabr 2020, 10:16 “Təcavüzkar dövlət sülhə məcbur edildi” - İlham Əliyevin BMT Baş Assambleyasındakı ÇIXIŞI 4 Dekabr 2020, 10:10 Deputatdan növbəti onlayn qəbul  4 Dekabr 2020, 10:04 Fransa səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq - RƏSMİ 4 Dekabr 2020, 09:58 Hərbi icmalçı Ordumuzun itkilərini ŞƏRH ETDİ: “Əsas çətinlik cəbhə xətti yarılarkən olub”   4 Dekabr 2020, 09:52 Bakıda koronavirus xəstəsinə cinayət işi açıldı 4 Dekabr 2020, 09:46 TƏBİB-in şöbə müdiri Sərhəd Qoşunlarının Hospitalına rəis təyin olundu - FOTO 4 Dekabr 2020, 09:40 Vyetnamda çətin duruma düşmüş azərbaycanlılar təxliyyə edilib 4 Dekabr 2020, 09:34 “Qarabağ” reytinqində gerilədi   4 Dekabr 2020, 09:28 Bərdədə koronaviruslu xəstəyə cinayət işi açıldı 4 Dekabr 2020, 09:22 Cavanşir Quliyevin “Əsgərə məktub”u 4 Dekabr 2020, 09:16 Neftin qiyməti 50 dollara yaxınlaşır 4 Dekabr 2020, 09:10 Türkiyə səfirliyindən şəhidlərlə bağlı PAYLAŞIM 4 Dekabr 2020, 09:05 Daha bir deputat mandatından imtina edir - Paşinyana görə 4 Dekabr 2020, 08:59 Trampı inaqurasiyamda gözləyirəm - Bayden 4 Dekabr 2020, 08:53 İnsanlar koronavirusa ən çox burda yoluxur - ALİMLƏR 4 Dekabr 2020, 08:45 Ad günündə torpağa tapşırılan Şəhid... - VİDEO 4 Dekabr 2020, 08:14 Lavrov BMT-nin baş katibi ilə Qarabağı müzakirə etdi 4 Dekabr 2020, 08:00 Qarabağ qazisinin bu VİDEOSU ən çox paylaşılan oldu 4 Dekabr 2020, 01:00 İngiltərədə güclü partlayış 4 Dekabr 2020, 00:48 Bu komandalar Avroliqada pley-offa yüksəldilər 4 Dekabr 2020, 00:33 “Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımayacaq” - Nazir 4 Dekabr 2020, 00:18 Bu gün şəhidlərimizin xatirəsi anılacaq 4 Dekabr 2020, 00:05 “Qarabağ” “Makkabi” ilə heç-heçə etdi - YENİLƏNİB 3 Dekabr 2020, 23:53 Qənirə Paşayeva şəhid Osman Manafovdan yazdı 3 Dekabr 2020, 23:49
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?