5 İyun 2021, 10:15 | Ana Səhifə - Yazılar - Rikerin turnesi: sürpriz mesaj olacaqmı?
Rikerin turnesi: sürpriz mesaj olacaqmı?

Qəzənfər Həmidoğlu

Birləşmiş Ştatların dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip T. Riker 6-13 iyunda Gürcüstana, Azərbaycana və Ermənistana səfər edəcək. Səfərin məqsədi “ikitərəfli və regional prioritetləri irəlilətmək”, regionda demokratik və iqtisadi dəstək verməkdir.


Entoni Blinkenin köməkçisi öncə Tbilisidə olacaq, “Riker Gürcüstanın hökumət nümayəndələri, müxalifət və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşəcək”. Məlumata əsasən, Ruker Tbilisidə hakim partiya ilə müxalifətin bir hissəsi arasında siyasi böhrandan çıxılması üzrə aprelin 19-da inzalanmış sazişin icrasını, “Rusiyanın davam edən aqressiyasını və Gürcüstanın işğalını” müzakirə etməyi planlaşdırır.


Analoji görüşlər Azərbaycan və Ermənistanda da keçiriləcək. ABŞ rəsmisi dövlət rəsmiləri ilə yanaşı, vətəndaş cəmiyyətinin nümayəndələri, iş adamları ilə görüşlər keçirəcək, “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ikitərəfli prioritetləri və sualları müzakirə edəcək”.


Rikerin Qafqaz turnesi əvvəldən planlaşdırılsa da, ABŞ və Rusiya prezidentlərinin iyunun 16-da Cenevrədə keçiriləcək görüşü ərəfəsində gerçəkləşməsi təsadüfi görünmür. Ağ evin mətbuat katibinin müavini Karin Jan-Pyer iki gün əvvəl keçirdiyi brifinqdə Bayden-Putin sammitini Vaşinqtonun “Rusiyanın plan və niyyətlərini anlamağın daha effektiv üsulu” kimi səciyyələndirmiş və yüksək tonla vurğulamışdı: “Bu sammit Rusiyaya hədiyyə deyil, amerikan maraqlarını qorumaq fürsətidir”.


16 iyun sammiti ərəfəsində Ağ evin yüksəkrütbəli məmur-diplomatını Cənubi Qafqaza göndərməsi, özü də turnenin 7 günlük olması özü-özlüyündə region dövlətlərinə və Rusiyaya ciddi geosiyasi mesajdır. Obama və Tramp dönəmindəki durğunluqdan sonra Bayden yenidən regionun ABŞ-ın maraq dairəsində olduğuna işarə edir. Rikerin turnesi Baydenin Putinlə görüşü ərəfəsində sadəcə regionun nəbzini tutmaqla məhdudlaşmayacaqsa və Cənubi Qafqaz daha yüksək statusda Cenevrə sammitinin gündəm maddələrindən biri olacaqsa, bu, artıq fərqli, Kremli məmnun etməyəcək geosiyasi situasiya üçün siqnal ola bilər. Hər halda, Ağ ev bildirir ki, Bayden Cenevrədə Amerikanın maraqları üçün həyati vacib məsələləri müzakirəyə çıxaracaq. Bu ssenari üzrə Bayden administrasiyası bütünlükdə regiona Rusiyanın “arxa bağçası” kimi baxmamaqda israrlıdırsa, hələ Trampın dönəmində Rusiyanı Qərb üçün əsas təhdid adlandıran Riker də adekvat və sürpriz mesajlarla Qafqaz paytaxtlarına gəlirsə və Cenevrədə Putinlə Baydenin sövdələşməsi alınmazsa, sərt nüfuz çəkişməsi aydındır ki, Azərbaycan-Ermənistan sülh danışıqlarını əngəlləyə bilər, eyni zamanda, supergüclərin qarşıdurması Azərbaycana postsavaş maraqlarına uyğun manevr imkanları açır.

Eldar Həsənovun vəsatəti təmin olunmadı - YENİLƏNİB 17 Sentyabr 2021, 12:16 İranla Ermənistanın Qarabağda daha bir işbirliyi ÜZƏ ÇIXDI 17 Sentyabr 2021, 12:10 DİN sərnişindaşımaya nəzarəti gücləndirdi - Qarşısı alınacaq 17 Sentyabr 2021, 12:05 Ağrıdağda Bakının işğaldan azad edilməsi tarixi qeyd edilib 17 Sentyabr 2021, 12:00 200-dən çox əcnəbi tələbə BDU-ya müraciət etdi 17 Sentyabr 2021, 11:56 Ermənistan: “Kəşmir məsələsində Hindistanı dəstəkləyirik” 17 Sentyabr 2021, 11:52 FHN əməliyyat görüntüləri yaydı - VİDEO 17 Sentyabr 2021, 11:52 Bir qrup xanım alimin elmi araşdırmaları təqdim edilib 17 Sentyabr 2021, 11:46 Qarabağın dağlıq hissəsindən Güney Osetiya düzəltmək alınmayacaq - Deputat 17 Sentyabr 2021, 11:40 Bu tələbələr ödədikləri təhsil haqqını geri ala biləcəklər 17 Sentyabr 2021, 11:32 Jurnalistlər üçün yeni müsabiqə elan olundu 17 Sentyabr 2021, 11:26 Oktyabrdan tələbə kreditlərinin verilməsinə başlanacaq  - ŞƏRTLƏR 17 Sentyabr 2021, 11:21 Ermənistanın müşahidəçi, Azərbaycanın partnyor olduğu təşkilat iclas keçirir 17 Sentyabr 2021, 11:19 Bakıda "Nizami Gəncəvi ili"nə həsr olunmuş daha bir konfrans  - FOTOLAR 17 Sentyabr 2021, 11:15 Qarabağın dirçəlişində sənin də töhfən olsun 17 Sentyabr 2021, 11:10 Qurban Qurbanovun hərəkətində nə qəbahət var? - Deputat YAZDI 17 Sentyabr 2021, 11:08 Azərbaycanlı Baş katib Rusiyada seçkiləri müşahidə edəcək 17 Sentyabr 2021, 11:05 AccessBank tender elan etdi 17 Sentyabr 2021, 11:00 Xəzərdə dalğanın hündürlüyü 3 metrdən çox olub - Faktiki hava 17 Sentyabr 2021, 10:57 Ermənilər Mariya Zaxarovadan istədiklərini ala bilmədilər 17 Sentyabr 2021, 10:56 Müştərilərə qəlyan təklif edən istirahət mərkəzi aşkarlandı 17 Sentyabr 2021, 10:50 Dünyanın ən nüfuzlu biznes reytinqi ləğv edildi - Səbəblərdən biri Azərbaycandır 17 Sentyabr 2021, 10:44 ADU-da “Neftçilər günü” ilə bağlı mühazirə təşkil edildi 17 Sentyabr 2021, 10:40 DYP-dən həftəsonu sərnişin daşıyanlara XƏBƏRDARLIQ 17 Sentyabr 2021, 10:36 Rusiya Azərbaycana taxta ixracını dayandırdı 17 Sentyabr 2021, 10:32 Səyyad Əlizadə ECMO aparatına qoşuldu 17 Sentyabr 2021, 10:30 Pakistan Prezidenti azərbaycanlı səfirin etimadnaməsini qəbul etdi - FOTO 17 Sentyabr 2021, 10:25 Polis Akademiyasına bu il qəbul olunanların sayı AÇIQLANDI 17 Sentyabr 2021, 10:19 Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO 17 Sentyabr 2021, 10:13 Paşinyan Rəisi ilə Gorus-Qafan yolunu MÜZAKİRƏ ETDİ 17 Sentyabr 2021, 10:12 Azərbaycanlı kriminal avtoritet müğənni ilə evləndi - FOTO 17 Sentyabr 2021, 10:06 Nazir Təhlükəsizlik Xidmətinə yeni rəis TƏYİN ETDİ 17 Sentyabr 2021, 10:05 KTMT-da sədrlik Ermənistana nə verəcək? 17 Sentyabr 2021, 10:03 Hərbi qulluqçularla görüşlərə məhdudiyyət qoyulub - DSX 17 Sentyabr 2021, 10:00 Füzulidə narkotik satanlar saxlanılıb 17 Sentyabr 2021, 09:55
SORĞU Hansı vaksinə etibar edirsiniz?