Modern.az

YAP-çı deputat Türkiyə bayrağının Şəhidlər Xiyabanından götürülməsini düzgün saymır

YAP-çı deputat Türkiyə bayrağının Şəhidlər Xiyabanından götürülməsini düzgün saymır

20 Oktyabr 2009, 11:40

Bir neçə gün öncə Bakının Şəhidlər xiyabanında şəhid türk əsgərlərinə ucaldılmış abidə qarşısındakı Türkiyənin dövlət bayraqlarının yığışdırılması Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmayıb. Hakim Yeni Azərbaycan Partiyasından olan bəzi millət vəkilləri də bu addımı düzgün hesab etməyiblər. Deputat Musa Quliyev Modern.az-a açıqlamasında bayraqla bağlı məsələlərdə daha həssas hərəkət etməyin tərəfdarı olduğunu söyləyib: "T

ürkiyənin Azərbaycana xəyanət etdiyini düşünmürəm. Türkiyə ilə Ermənistan arasında imzalanmış məlum protokollar ya parlamentdən keçməyəcək, ya da Qarabag ətrafındakı rayonların azad olunması şərtilə keçəcək”. YAP-çı millət vəkili Musa Quıiyevin fikruncə, indi qorxulu tendensiya gedir: “Hər iki tərəfin mətbu orqanlarında  xalqların biri-birinə inamını azaldan yazılar gedir. Ərdoğan da, Gül də sabah olmayacaq. Əbədi olan Türkiyə, Azərbaycan dövləti, xalqlardır”.

Bayraq məsələsinə gəlincə, deputat Bursadakı hadısəni təxrıbat kimi qiymətləndirib: “Hər hansı türkün Azərbaycan bayrğını təhqir etməsi inanılmazdır. Ayrı-ayrı dövlətlərin təhlükəsizlik orqanları da bunu edə bilərdi. Baxın yasaq edilsə də, Azərbaycan bayrağı Bursada dalğalandı, amma münasibətlər korlandı. Azərbaycan bayrağı Sarkisyanın kefini pözacaqdı, bəs 2 qol ona xoş gələcəkdi?”

Millət vəkili məsələyə Azərbaycandan bu şəkildə cavabı da düzgün saymır: “Sən şəhid türkün bayrağını niyə götürürsən? Bayraq haqqında qanun bir il əvvəl qəbul olunmuşdu. Bayrağı onda götürəydilər. Bunu anormallıq sayıram. Millətlər arasındakı münasibətləri pozan bir adım da atmaq olmaz.” Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov isə bildirib ki, “Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında” qanun var. O, deyib ki,

həmin qanuna görə, xarici ölkələrin və təşkilatların bayraqları yalnız onlara məxsus diplomatik nümayəndəliklərin və yaxud konsulluqların, beynəlxalq təşkilatların nümayəndəliklərinin ərazilərində, xarici ölkələrin və yaxud beynəlxalq təşkilatın yüksək səviyyəli nümayəndə heyətinin yaşadığı rezidensiyalarda və qanunda müəyyən oluna digər yerlərdə asıla bilər

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir