15 İyun 2021, 12:12 | Ana Səhifə - Yazılar - Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi məqamdadır
Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi məqamdadır

Elman Babayev

15 iyundan başlanan yol Azərbaycanı dünyada sayılıb-seçilən, güclü, Qalib dövlətə çevirib


Bu gün Azərbaycan qısa müddətdə güclü orduya, iqtisadiyyata malik, öz imkanları hesabına yaşayan, müstəqil siyasətə malik bir dövlət kimi tanınırsa, dünyanın nüfuzlu qurumlarının hesabatlarında dünyanın ən islahatçı ölkəsi sırasında yer alırsa, səsi ən yüksək tribunalardan eşidilirsə, bütün bu uğurlarda Heydər Əliyev siyasətinin rolu var.


Bu gün Azərbaycan öz imkanları hesabına, təkbaşına torpaqlarını işğaldan azad edə bilibsə, 44 günlük müharibə ilə dünya hərb tarixinin yeni səhifəsini yaradıbsa, bu Böyük Zəfərdə Heydər Əliyevin imzası var.


1993-cü il iyunun 15-də dövlətçiliyimizin təhlükədən qurtulması ilə başlayan yolun ən böyük nəticəsidir Qarabağın işğaldan azad olunması!


Bu tarixdə 2020-ci il 8 noyabr Zəfər Günü ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə gətirib çıxaran uğurlu inkişaf yolunun təməli qoyulub. Heç də asan başa gəlməyib indi çoxlarına rahat görünən bu yolu qət etmək. Müstəqilliyinin 30-cu ildönümünü qeyd etməyə hazırlaşan Azərbaycanın bu günü üçün yorulmadan, usanmadan zəhmət sərf olunub...


15 iyun tarixi müstəqilliyimizin əbədiləşməsi üçün nələr edildiyini görmək, həmin dövrə nəzər salmaq, o hadisələri gənc nəslin diqqətinə çatdırmaq, haradan-hara gəldiyimizi anlamaq, yada salmaq baxımından olduqca önəmlidir. Heydər Əliyevin hakimiyyətdə olduğu 1993-2003-cü illərin hər saatı, hər günü müstəqil Azərbaycanın gələcəyi, daim var olması üçün sağlam təməllərin qurulması amalına xidmət edib.


1990-cı illərin əvvəllərində naşı siyasətçilərin hakimyyətə sahiblənməsi Azərbaycanın qazandığı müstəqilliyin elə beşiyindəcə məhv edilməsi təhlükəsini reallaşdırırdı. Və acı tarix təkrarlanmaq üzrə idi-Azərbaycan 2-ci dəfə əbədi müstəqil olmaq şansını itirirdi. Heç bir təcrübəsi olmayan, əvəzində vəzifə ehtirasına yenik düşən bir qrup adam ölkəni elə günə salmışdı ki, bütün Azərbaycan döyüş meydanına çevrilmişdi; daxildə vətəndaş müharibəsi, cəbhədə düşmənə məğlub olan ordu, çökən iqtisadiyyat. Üstəlik, ən qorxulu ssenari- Azərbaycanın parçalanması, məhv edilməsi planı işə düşmüşdü.


Yeganə yol Heydər Əliyevin hakimiyyət başına gətirilməsi idi və xalqın təkidli tələbi ilə bu baş tutdu. Həmin vaxt Ümummilli lider Heydər Əliyevin geri dönüşü xəbərinin özü can verməkdə olan Azərbaycanın, ruh düşkünlüyünə məruz qalan xalqın dirçəlməsinə nəfəs idi.


1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri, həmin il oktyabrın 3-də isə ölkə Prezidenti seçilən Heydər Əliyev gecə-gündüz demədən Azərbaycan üçün çalışmağa başladı. Qısa müddətdə Heydər Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, böyük siyasi təcrübəsi, dövlət idarəçilik istedadı öz sözünü dedi və Azərbaycanın gələcək inkişafının əsasları yaradıldı:

- ölkə məhv olmaq təhlükəsindən qurtuldu;

- dövlət quruculuğunun hüquqi əsasları, dövlət idarəçilik mexanizmləri yaradıldı;

- bazar iqtisadiyyatı prinsipləri bərqərar oldu;

- Azərbaycan beynəlxalq münasibətlərin tamhüquqlu subyektinə çevrildi;

- cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar reallaşdırıldı;

- 1994-cü ildə “Əsrin müqaviləsi” ilə yeni neft strategiyasının təməli qoyuldu, Xəzər dənizi beynəlxalq əməkdaşlıq məkanına çevrildi;

- ölkədə iqtisadi tənəzzülün qarşısı alındı;

- əhalinin rifahının yüksəldilməsi istiqamətində əməli tədbirlərin həyata keçirilməsinə başlanıldı.


Bu ümumi fikirlərin hər birini incələyib 10 ildə görülən işləri günlərlə anlatmaq mümkündür.


Heydər Əliyevin üzərində dayanılmalı olduğu ən böyük xidmətlərindən biri 1994-cü il atəşkəslə bağlı razılaşmanın imzalanmasına nail olması idi. Məhz bu addım digər taleyüklü addımların həyata vəsiqə qazanmasına imkan yaratdı. O dövrdə ağır durumda olan Azərbaycan ermənilərlə, onun havadarları ilə mübarizə aparmaq durumunda deyil. Atəşkəs lazım idi ki, ölkənin bütün potensialı səfərbər edilsin, enerji layihələrini həyata keçirmək mümkün olsun. Bir sözlə, bu sənəd nizami ordu qurmaq, ölkəmizin əleyhinə olan hərbi-siyasi-iqtisadi vəziyyəti lehimizə dəyişmək üçün vaxt qazanmaq baxımından çox vacib idi. Heydər Əliyevin bu addımı düşünülmüş və gələcəyə hədəflənmiş addım idi. Təsadüfi deyil ki, bununla bağlı bu gün məğlub Ermənistandan etiraflar səslənməkdədir. Bu ölkənin ilk prezidenti Levon Ter-Petrosyan və başqaları həmin vaxt atəşkəsin Azərbaycanın bugünkü nəticələri əldə etmək üçün nə qədər doğru qərar olduğunu dilə gətirirlər. Birmənalı olaraq Azərbaycanın atəşkəsdən istifadə edərək qüvvələr nisbətini və balansı öz xeyrinə dəyişməsi vurğulanır.


Atəşkəsin Azərbaycanın inkişafında rolunu saymaqla bitməz. Bu, “Əsrin müqaviləsi”nin imzalanmasına da şərait yaratdı. Xarici şirkətlər Heydər Əliyevə və onun gətirdiyi siyasi sabitliyin möhkəmliyinə inandılar. 1994-çü ildə ortaya qoyulan “Əsrin müqaviləsi” Azərbaycanda böyük təntənə ilə imzalandı. Neft faktoru Azərbaycanın milli təhlükəsizlik faktoruna cevrildi. Azərbaycanın son illərdəki iqtisadi uğurlarının başlanğıc mərhələsi “Əsrin müqaviləsi”dir; sonrakı iri strateji qlobal layihələr bu zəncirin möhkəm həlqəsini təşkil edir və Azərbaycanın gələcək inkişafına, dünyanın enerji təhlükəsizliyinə etibarlı töhfə verir. Ölkəmizin bugünkü iqtisadi inkişafı, müasir infrastrukturun yaradılması, dövlət proqramlarının, yerli və beynəlxalq layihələrin həyata keçirilməsi, güclü hərbi potensialın formalaşdırılması və digər məsələlərin uğurlu həllinin təməlində məhz “Əsrin müqaviləsi” dayanır. Bu müqavilə Azərbaycanın siyasi müstəqilliyinin möhkəmlənməsi, xariçi müdaxilələrdən qorunması, dünyaya cıxması, özünü tanıtması, sayılan-secilən məmləkətə çevrilməsi ücün çox böyük faktora çevrildi.


Strateji layihələri Azərbaycanın siyasi müstəqilliyinin mühafizəsində mühüm vasitəyə çevirən Heydər Əliyev həm də xarici güclərlə qarşılıqlı bərabərhüquqlu əlaqələrin qurulması üçün mühüm işlər həyata keçirdi. Heydər Əliyevə qədərki mənzərə qısaca belə idi: xaotik, məqsəd və məramı aydın olmayan xarici siyasət Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmasına gətirib çıxarmışddı. İstər regionda, istərsə də dünyada Azərbaycan təklənmiş vəziyyətə düşmüşdü. Hətta təcavüzə məruz qalmış Azərbaycana qarşı ədalətsiz “907-ci düzəliş” belə qəbul olunmuşdu. Hakimiyyətə gəldikdən sonra Heydər Əliyev vəziyyəti kökündən dəyişməyə nail oldu. Ölkəmizin xarici əlaqələrinin inkişaf etdirilməsi, Azərbaycanın beynəlxalq münasibətlər sisteminə inteqrasiyası yolunda real addımlar atıldı. Məhz Heydər Əliyevin müdrik, düşünülmüş siyasəti nəticəsində Azərbaycan beynəlxalq təcriddən xilas olmaq imkanı qazandı və beynəlxalq birliyin layiqli üzvünə çevrildi.


Heydər Əliyevin ömrünü sərf etdiyi bütün bu işlərin bir hədəfi var idi: müstəqilliyi dönməz olan, ərazi bütövlüyü təmin olunmuş Azərbaycan qurmaq! O, bunu elə ustalıqla etdi ki, Azərbaycanın daim var olacağı heç kimdə, bizi istəməyən qüvvələrdə belə zərrə qədər şübhə doğurmur. O, Azərbaycanın enerji imkanlarından elə bir şəbəkə qurdu ki, bundan sonra kimsənin ağlından müstəqilliyimizə zərbə vurmaq kimi bir qara niyyəti gerçəkləşdirmək keçməsin.


Ümumiləşdirsək, 1993-2003-cü illər Azərbaycanın bir dövlət kimi qurulduğu, formalaşdığı və beynəlxalq hüququn subyektinə çevrildiyi mühüm mərhələ kimi tarixdə öz əksini tapıb. Bu illər Heydər Əliyevin xalqımız üçün yaranmış nadir tarixi fürsətdən məharətlə istifadə etdiyi, Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdiyi şanlı tarixdir!


Heydər Əliyevin apardığı siyasətin başlıca məqsədi Qarabağın azad olunması idi. Ulu Öndər Azərbaycanın ərazi bütövlüyünün bərpasını milli prioritet elan etmişdi. Bütün gücünü, imkanlarını bu məqsəd üçün səfərbər edən Heydər Əliyev yaxşı bilirdi ki, gün gələcək getdikcə güclənən Azərbaycan öz torpaqlarını düşməndən azad edəcək.


Prezident İlham Əliyev ötən 17 ildə bu siyasəti yeni dövrün çağırışlarına uyğun, böyük məharətlə davam etdirdi və ən böyük VƏSİYYƏT gerçəyə çevrildi, Qarabağ azad olundu. Prezident İlham Əliyevin “güclü Azərbaycan” konsepsiyasının reallaşdırılması üçün yeniliklərə imza atması bu günü daha da yaxınlaşdırdı. Müstəqil siyasət yürüdərək milli təhlükəsizliyin təmin edilməsi üçün addımlar atıldı. Bütün sferaları əhatə edən köklü islahatlar həyata keçirildi, nəhəng enerji layihələri inkişaf etdirildi, yeni nəqliyyat-kommunikasiya layihələri icra olundu. Bununla yanaşı, müasir cəmiyyət quruculuğu, insan kapitalının formalaşdırılması, rəqabətədavamlı iqtisadi potensialın yaradılması, güclü və peşəkar ordu quruculuğu, Azərbaycanın özünü beynəlxalq münasibətlər sisteminin müstəqil və nüfuzlu subyekti kimi təsdiq etməsi işləri uğurla davam etdirildi.


Prezident İlham Əliyev bir yandan Azərbaycanın beynəlxalq nüfuzunun artması, güc mərkəzləri ilə bərabərhüquqlu əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, regional lider və mərkəz statusunun əldə olunması, digər yandan güclü ordu quruculuğu, müdafiə sənayesinin yaradılması istiqamətində məharətli siyasət yürüdərək uğurlar əldə etdi. Başlatdiği islahatları, işləri məntiqi sonluğa çatdıraraq özünün də bəyan etdiyi kimi ata vəsiyyətini yerinə yetirərək Qarabağı azad etdi.


Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi yüksəklikdə, məqamdadır. Artıq Azərbaycan dünyada sayılıb-seçilən, güclü, Qalib dövlət statusundadır.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Ermənistanın yeni spikeri fahişəliyin leqallaşdırılmasını DƏSTƏKLƏYİB 3 Avqust 2021, 11:10 Müəllim olmaq istəyənlər üçün vakansiya seçimi başladı 3 Avqust 2021, 11:07 Baş prokuror Eldəniz Səlimova görə Milli Məclisə gəldi 3 Avqust 2021, 11:05 “İslahat dalğası bu gün də davam edir” - Deputat 3 Avqust 2021, 11:03 Milli Məclisin növbədənkənar iclası BAŞLADI 3 Avqust 2021, 11:00 Erməni idmançı Olimpiadadan qovuldu 3 Avqust 2021, 10:58 Bakıda 8 yeni məktəb inşa olunur - FOTO 3 Avqust 2021, 10:54 Cinayətlərin artması pandemiya ilə bağlıdır? - Gizli səbəblər 3 Avqust 2021, 10:50 Gömrükdə “Tramadol” əməliyyatı 3 Avqust 2021, 10:46 Azərbaycan nefti yenidən ucuzlaşdı 3 Avqust 2021, 10:41 Arvadını öldürən hakimin işi məhkəməyə GÖNDƏRİLDİ 3 Avqust 2021, 10:38 Ermənilər Laçın dəhlizindəki yolun təmirinə başladı – FOTO 3 Avqust 2021, 10:33 “Azəriqaz” “Səyyar qəbul otaqları”nın təşkilinə start verəcək 3 Avqust 2021, 10:30 Azərbaycan sərhədini pozan Rusiya vətəndaşı saxlanıldı 3 Avqust 2021, 10:25 Koronavirus xəstəsi çayxanada yaxalandı 3 Avqust 2021, 10:23 İran prezidentinin inauqurasiyasına kimlər qatılacaq? - SİYAHI 3 Avqust 2021, 10:22 Təhsil kreditləri ilə bağlı təklif:  “Belə yanaşma doğru deyil” 3 Avqust 2021, 10:19 Gəncə Dövlət Universitetinin məzunu yüksək bal topladı 3 Avqust 2021, 10:15 Xaricdə doktorantura təhsili almaq istəyənlərin NƏZƏRİNƏ 3 Avqust 2021, 10:10 Arvadını öldürən kişinin cinayət işi məhkəməyə göndərildi 3 Avqust 2021, 10:04 Yeni qatarlar bu gün xəttə BURAXILDI 3 Avqust 2021, 09:58 Köçəri quşlar Azərbaycandan niyə yan uçur? 3 Avqust 2021, 09:52 BMT-dən qlobal fəlakət barədə XƏBƏRDARLIQ 3 Avqust 2021, 09:46 Bu gün narazı müəllim namizədlər imtahan verəcək 3 Avqust 2021, 09:40 Yaşa görə pensiyaya çıxanların sayı AÇIQLANDI 3 Avqust 2021, 09:34 Həyət toylarında reyd - 2736 nəfər şənliyə buraxılmadı 3 Avqust 2021, 09:30 Eldar Həsənov hospitala aparıldı – VİDEO   3 Avqust 2021, 09:26 Cahit Bağçı Azərbaycana təşəkkür etdi 3 Avqust 2021, 09:22 Məşhur gecə klubunda karantin qaydaları pozuldu   3 Avqust 2021, 09:18 Neftin ucuzlaşması davam edir 3 Avqust 2021, 09:12 Ramil Quliyev yarımfinalda 3 Avqust 2021, 09:06 Manatın xarici valyutalara qarşı MƏZƏNNƏSİ 3 Avqust 2021, 09:00 Komitələrin payız hazırlığı: Azad olunmuş ərazilərlə bağlı yeni layihələr olacaq 3 Avqust 2021, 08:52 Mobil telefon sonsuzluq yaradır? 3 Avqust 2021, 08:44 İslam Abbasov da medalsız qaldı - YENİLƏNİB 3 Avqust 2021, 08:43