Modern.az

Millət vəkillərinin toy problemi

Millət vəkillərinin toy problemi

20 Oktyabr 2009, 15:10

Payız fəsli toy mərasimlərinin keçirildiyi əsas mövsüm hesab olunur. İndi Bakıda boş restoran və şadlıq evi tapmaq çətindir. Bu obyektlərin əksəriyyətinin bir-iki aylıq toy sifarişləri bəribaşdan hazırdır. Bəlkə elə buna görə də bir çox sahələrə təsir edən iqtisadi böhran restoran və şadlıq evlərinə ciddi təsir göstərməyib. Çünki bu xidmət sahəsində qiymətlərdə ucuzlaşma deyil, bahalaşma müşahidə olunur.

İndi Bakıdakı ən ucuz restoranda toy mərasimi etmək üçün bir nəfər qonağa görə minimum 20 manat ödəmək tələb olunur. Orta səviyyəli toy üçün bir nəfərilk yer 30-40 manat arasında dəyişir. Bahalı restoranlarda isə qiymətlər bundan bir neçə dəfə qürsəkdir.

Araşdırmalar göstərir ki, son illər Bakıda toylara çəkilən xərclər xeyli yüksəlib. Təkcə toy mərasiminin keçirilməsi üçün restorana ödənilən məbləğ minimum 3 min manatdan başlayıb 20 min manatadək, hətta daha yüksəyə qalxır. T

oya çəkilən xərci məclis sahibi təbii ki, mərasimə çağırılan qonaqların hesabına çıxara biləcəyini proqnozlaşdırır. Hazırda orta aylıq əmək haqqının 250 manat olduğunu nəzərə alsaq, onda bir ayda iki toy mərasiminə dəvət olunan vətəndaşın vəziyyətini təsəvvür etmək çətin deyil. Məsələn, ailəsilə birgə qonaq çağırıldıığı toya 80-100 manat yazdırmağa məcbur olan şəxs özünün aylıq məvacibinin yarısını xərcləyib qurtarmış olur. Elə buna görə də indi bəzi insanlar toya dəvət edilərkən sevinmək əvəzinə, qəm-qüssəyə qərq olurlar. Toya çağırılarkən çıxılmaz vəziyyətə düşən belə adamların «dəvətnamə»ni zarafatla «dəhşətnamə» adlandırmaları da bununla əlaqədardır.

Cəmiyyətin bütün təbəqələrindən olanlar kimi, deputatlar da tez-tez toy-düyün mərasimlərinə dəvət alırlar. Modern.az-ın sorğusu nəticəsində məlum oldu ki, millət vəkilləri başqalarından daha çox toyalara çağırılırlar. Hətta elə deputat olur ki, gün ərzində 6-7 dəvatnamə alır. Bu üzdən də deputatlar da bəzi hallarda onlara göndərilən dəvətnamələri gülərüzlə deyil, qaş-qabaqla qarşılayırlar. Maraqlıdır, onlar dəvət aldıqları bütün toylarda iştirak edə bilirlərmi? Bu istqamətdə keçirdiyimiz sorğuda iştirak edən deputatların cavablarını mütəmado olaraq oxuculara təqdim edəcəyik. Milli Məclisin Sosial Siyasət Komitəsinin sədi Hadi Rəcəbli deyir ki, o, bir ay ərzində ən azı 10 toya getməli olur: “Bəzi hallarda ayda 30 toyda iştirak etmişəm. Yəni hər günə 1 toy. Bir az dərinə getsək, deyə bilərəm ki, deputat maaşı dəvət aldığım bütün toyalarda iştirakıma yetmir. Başqa ölkələrdə deputat toylara gül aparır. Mən elə etsəm deyəcəklər ki, Hadi müəllim simicdi, pul yazdırmır. Bəzi yerlərdə isə toylarda deputatın cibinə pul qoyurlar. Özüm çalışıram imkan daxilində çağırıldığım toylara gedəm. Amma məni toya çağıranların 95 faizini oğlumun toyuna çağırmayacam. Bilirəm, məni çagıranıların iki məqsədi var: maliyyə dəstəyi, mənəvi dəstək. Biz də də tanıdığım adamlar var ki, toylara gedəndə bir dəstə çiçək aparırlar, pul yazdırmırlar. Bu yaxşı praktikadir, cəmiyyəti buna öyrəşdirmək lazımdır”.

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev isə tanımadığın şəxsə dəvatnamə verilməsini elementar mədəniyyətsizlik kimi qiymətləndirir: “Toy ailə şənliyidir. Bura o adamlar çağrılmalıdır ki, onların qarşısında sənin həyat yoldaşın, qızın, gəlinin qol götürüb süzə bilsinlər. Sən də sıxılmayasan ki, kimlərinsə qarşısında həyat yoldaşın, qızın, gəlinin oynayır. Azərbaycan xalqının öz adət-ənənsi olub. Hər kəs öz havasına oynayar”.

Deputat özü üçün toya getməklə bağlı problemi həll edib: “Ay ərzində 30-dan artıq dəvatnamə alıram, amma mənə yaxın olanlarda iştirak edirəm. Bir dəfə bir toya çağrılmışdım. Stolun ətrafında oturan 14 adamdan biri digərini tanımırdı. Həmin adamlar nə bəy, nə gəlin adamını tanıyırdı. Hətta hansı tərəf onu dəvət edib, onu da bilmirdi. Oturduğun stolda heç kimi, hətta bəyi və gəlini tanımırsansa, burada nə işin var. Pulunu xərcləyirsən, heç bir əhəmiyyəti də yox. Əvvəllər çağırılan toya getməyəndə bir qədər sıxılırdım ki, dəvət ediblərsə, necə getməyəsən. Amma indi həmin mərhələni keçmişəm. Xətir üçün heç bir toya getmirəm. İndi toylar adamı xəstə edir. Səsdən tutmuş, hava sistemi, qidaya qədər yalnız adama zərər gətirir”.

Deputat belə halları adət-ənənlərdən xeyli uzaqlaşmaq kimi dəyərləndirir: “Bəzən toylar pul yığmaq yarışına çevrilir. Əvvəllər belə deyildi. Ümid edirəm bu, keçid dövründə olan məsələdi, vaxt keşəcək, öz həllini tapacaq”.

Sorğumuzda iştirak edən digər deputatların cavablarını da təqdim edəcəyik. Modern.az

  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?