29 Sentyabr 2021, 16:30 | Ana Səhifə - Yazılar - Bizim general Əfqan Nağıyev
Bizim general Əfqan Nağıyev

Mahir Qabiloğlu


Çox istərdim ki, “Ümid sənədir ancaq, Azərbaycan əsgəri” şeirinin müəllifi, Xalq şairi Qabil bu gün sağ olaydı. Valideynlərini son 30 il ərzində itirən bütün övladlar yəqin ki,b elə düşünür. O cümlədən Prezidentimiz İlham Əliyev də...

Qələbə günlərimizi görmək onlara nəsib olmadı. Amma bu son bir ilin zaman kəsiyində atamın sağ qalıb daha bir gerçəkliyə şahidlik etməsini də istədim. Buna səbəb 8 fevral 1995-ci ildə yazdığı,

 

Çeçen aullarında
Xalq torpaq vayındadır
Sinəsində avtomat.
Nəsimi bazarında
Xalq qarın hayındadır
Əlində ölü manat.
Bomba yağmurlarından
Çeçen xərabələri
Xalqın şöhrət tacıdır.
Bir daşı laxlamayan,
Gəlməylə dolub daşan,
Qaçqınla dolub daşan,
Köçkünlə dolub daşan,
Veyillə dolub daşan,
Möhtəkirlə,  qatillə,
Düşgünlə dolub-daşan
Bu adlı-sanlı Bakı,
Tarixi şanlı Bakı
Sədəqə möhtacıdır.

 

misralarıyla başlanan “Nəsimi bazarında” şeiri idi. Bakının Nəsimi bazarında gördükləriylə Çeçen aullarında xalqın rus ordusuyla savaşına bir Xalq şairinin özəl baxışları və uğurlu müqayisəsi... Bu yazımda şeiri misra-misra verib, müzakirə etmək deyil fikrim. Bircə bəndinə görə xatırladım o zaman kəsiyinin inikası olan poeziya nümunəsini. Hansı bənddir?

Nəsimi bazarında
Vur çattasındı, vallah!
Babək də, Koroğlu da
Nağıl Ac-ındı, vallah!
Azərbaycan torpağı
Doludur generalla.
Bir general, ay çeçen,
Sənin bəsindi, vallah...

 

Əlbəttə ki, çeçen general deyəndə şair Qabil Çeçenistanın o vaxtkı prezidenti Cövhər Dudayevi nəzərdə tuturdu. Görəsən bu günləri görsəydi, Qarabağ müharibəsində indiki generalların – həm cəbhədə, həm qərargahda – göstərdikləri qəhrəmanlığa şahidlik etsəydi nə deyərdi? Şeirindənmi imtina edərdi? Yox. Çünki dövran, zəmanə yazmışdı o şeiri. Yəqin ki, yenisini yazardı. Bu qəhrəman generallarımızı, zabitlərimizi, əsgərlərimizi bu gün hamı tanıyır, şəhidlərimizə rəhmət, yaralılara şəfa, qazilərimizə uzun ömür diləyir. Niyə “Qarabağ əlilləri” ifadəsi işlətmədim? Çünki onların yarası heç vaxt sağalmayacaq. Onlar da, qazilər də hər gecə yuxularında döyüşə gedəcəklər. Ruhən Vətən yarasını sağaltdıqlarına görə rahatdırlar. Amma yanında mərmi partlamasından tikə-tikə olan döyüş yoldaşlarının qarşısında özlərini günahkar sayırlar. Nə qədər qayğıyla əhatə olunsalar da, olunmasalar da. Təki mən də dostumla şəhid olaydım ifadəsi də dillərindədir. Bunu hardan bilirəm? Çünki bu 44 günlük savaşda bədnam hərbi termin olan “fərari” ifadəsinə heç kim rast gəlmədi. Ona görə də “əlil” adını, üstəlik də qruplara bölünməsini onlara yaraşdırmıram. Sağ qalanlar da, fiziki imkanlarını itirənlər də hamısı yaralı sayılır. Bəziləri bəlkə də ömürlük kabab, qaralı plov yeməyə də həsrət qalacaqlar. Qurbanlıq kəsiləndə isə… Çünki… Bu döyüşlərə rəhbərlik edən generallar isə… Axı ölən və yaralananlara onlar tabeçiliklərində olan zabit və əsgərlər kimi baxmayıblar. Onlar generalların silahdaşlarıydı. Bərabər idilər. Eyni qabdan su içir, eyni kotyoldan yemək yeyirdilər. Döyüş meydanında hamı bərabərdir, hamı əsgərdir. Arxa cəbhədəki ata-ana isə öz övladını bu ata komandanlara, bu ata komandirlərə əmanət etmişdilər – diri, sağ-salamat, şaquli vəziyyətdə. O isə bəzi silahdaşlarını geriyə üfüqi vəziyyətdə göndərirdi: bəzilərini xərəkdə, bəzilərini tabutda. Bu döyüş meydanında generallarımızdan da böyük var idi. Bütün məsuliyyəti öz üzərinə götürən, hamının 30 il gözlədiyi “İRƏLİ” əmrini verməyə özündə güc tapan, özü də hərbi geyim geyən Ali Baş Komandan.

Girişim bundan da böyük ola bilərdi. Amma başlığı niyə belə qoymağıma hamınız təəccübləndiz. Axı niyə məhz “Bizim general Əfqan Nağıyev”? Ümumilikdə bu yazını bütün generallarımıza aid edə bilməzdinmi? Həm də ki, Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant Əfqan Nağıyevin hələ ki, ictimaiyyətə çox da açıqlanmayan, yazılmayan 44 günlük xidmətlərindən, qəhrəmanlığından, bacarıqlı hərbi xadim kimi özünü göstərməsindən, “Qarabağ” ordeniylə, Cəbrayıl, Zəngilan, Füzuli rayonlarının azad olunmasına görə medallarıyla təltif olunmasından demək olar ki, bir il keçib. Niyə indiyə qədər yazmadın onun barəsində? Bəs həbs olunanda niyə müdafiəsinə qalxmadın? Düz fikirləşirsiniz. Amma səbəb var. Bir az əvvəldən başlayaq. Yavaş-yavaş gələk bu günlərə.

 

TƏLƏBƏLİK İLLƏRİ

1983-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil oldum. Amma bundan bir il sonra xəbər tutdum ki, demə eyni vaxtda Əfqan Nağıyev adlı bir abutiriyent də tələbə adını qazanıb. Fizika fakültəsində oxuyur. Gələcəyin fiziki və ya fizika müəllimi olmaq arzusundadır. Bunu bir ildən sonra bildim – təsadüfən. Təsadüf də ondan ibarət idi ki, mən onların qrupunda oxuyan bir qıza aşiq olmuşdum. Onlara nə? Necə yəni nə? O vaxtın cayılları belə şeylərə pis baxırdılar. Qrup yoldaşıyla qabağımı da kəsdilər.  Hətta ultimatum da verdilər ki, bir də sən o qızın dalıyca gəlsən... Xırdalıqlara çox da varmayaq. Yox, döymədilər. Başqa səbəb var idi. Əfqanın dostu istəmirdi ki, qoz ağacına ondan başqa da daş atan olsun. Hər halda mən belə başa düşdüm. Əsgərlikdən qayıdandan sonra isə münasibətlər normallaşdı. Niyə? Dedim axı xırdalıqlara varmayaq... General-leytenant Əfqan Nağıyevlə ilk tanışlığım belə başladı.

 

YASDA İKİNCİ TANIŞLIQ

 

Xalam Raisə generalşa idi. Sərhəd Qoşunları komandanı olmuş Abbasəli Novruzovun həyat yoldaşıydı. Rəhmətə gedən günün səhəriydi. Məclisdə oturmuşduq. Sərhəd Qoşunları Aparatının rəisi, general-mayor Elçin İbrahimova zəng etdim ki, bir söz soruşum. Dedi ki, yoldayam, gəlirəm. Orda danışarıq. Elçin atamın dayısı oğlu olan Zaurun oğludur. Dayınəvəsi-bibinəvəsi sayılırıq. Yasdan çıxanda hündür, enlikürək, general geyimində birinin bizə yaxınlaşdığını, gülə-gülə yaxınlaşdığını gördüm. Görüşdü, hal-əhval tutdu.

- Mahir tanımadın? – deyə Elçin soruşdu. Gözlərimi döydüm, – Əfqandır da... tələbə yoldaşın.

30 il az vaxt deyildi. Çox dəyişmişdi. General forması çox yaraşırdı. İkinci, yəqin sonuncu görüşümüz də belə baş verdi. Niyə sonuncu? Həyat davam edir? Özü də ki, sən sağ, o sağ. Sonda deyərəm.

 


ƏFQANI MÜDAFİƏ EDƏN YAZINI NİYƏ YAZMADIM?

Atam vəzifədə olmayan, vəzifədən çıxan insanlara daha hörmətlə yanaşırdı. Yəqin ki, onun bu xüsusiyyətinə verilən, “Qabil, sən kişi adamsan” qiymətini yenidən hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyevin dilindən də eşitmisiniz. 70 illik yubileydən sonrakı görüşün videosu “yutub”da var. Bu xasiyyəti mənə də keçib. Əlbəttə ki, pis oldum Əfqanın həbs xəbərini eşidəndə, sosial şəbəkələrdə yayılan hədyanlardan. Məhkəmə hökmü, qərarı olmadan insana necə cinayətkar demək olar? Amma bir ümid vardı içimdə. Çünki yaxşıya pis demək, öndə gedənin ayağını çəkmək köhnə adətimizdir. Böyük adamların cəzası isə böyük olar. Ancaq onu general kimi də yaxşı tanımırdım. Sovet dövründə “ştabnaya krısa” ifadəsi vardı. Elə bilirdim ki, o da... 

 

MARŞAL ROKOSOVSKİ VƏ ƏFQAN NAĞIYEV

Hərbidə keçdiyi yola nəzər salsaq Sovet İttifaqı Marşalı Rokossovkiylə Əfqan Nağıyevi müqayisə etmək düzgün qarşılanmaz. Amma başlarına gələn bir hadisədə nədənsə onlarda bir oxşarlıq gördüm. Yazımda Rokossovskinin qəhrəmanlıqlarını, titullarını, təltiflərini sadalamaq fikrim yoxdur. Kim tanımırsa internetdə tapıb oxuya bilər. Bir məqamı nəzərinizə çatdıracağam.

 

HAŞİYƏ: Həyat yoldaşım Sevinc xanım uşaq həkimidir. Axşam vaxtıydı. Bir ailə evimizə gəldi. Uşağı qızdırmadan yanırdı. Ata sərhədçi – praporşik idi. Mən də sərhədçi olduğumu dedim. 1985-87 ci illərdə Horadizin “İstoma”sında qulluq etdiyimi bildirdim. Söhbət əsnasında Əfqan Nağıyevin də “vurulmasını” təəssüflə bildirdim. O isə güldü. “Nə “vurulmaq”, Mahir müəllim? Əfqan Nağıyev müharibədə vuruşur. Başqa heç nə deyə bilmərəm. Amma ümumi deyim ki, xoş sədaları gəlir. Yəqin nəvaxtsa açıqlanacaq”. Sevindim. Bu an nədənsə Rokossovski yadıma düşdü. Düz də düşdü. (SON)

 

1937-ci ildə böhtan xarakterli üzədurmalarla həbs olunan və üç il “KQB”nin “podval”ında saxlanan Rokossovski 1940-cı ildə, Böyük Vətən müharibəsi öncəsi həbsdən buraxılır. Ona general-mayor rütbəsi verilir və böyük hərbi vəzifəyə təyin olunur. Marşal Jukovla bir kursda müdavim olması, Jukovun onu yaxından tanıması, qiymətləndirməsi bu dahi sərkərdəni uçuz, layiq olmadığı, bəlkə də həm mənən, həm də cismən məhv olacağı türmə həyatından xilas edir. Yaxşı ki, indiki dövrdə də jukovlar var. General-polkovnik Elçin Quliyevi bir də yaxından tanıdım.

 

FİZİK HARA, SƏRHƏD HARA?

Bu müharibə həm də mənim “fizik hara, sərhəd hara?” ehtimallarıma da son qoydu. Xəzər TV-nin çəkdiyi “Qisas qiyamətə qalmadı” sənədli filminə baxandan sonra. O vaxtlar universitetin hərbi kafedrasında humanitar fakültə tələbələrinə, gələcəyin ehtiyatda olan zabit-leytenantlarına “pexota”ya komandirlik dərsləri keçirildiyini xatırladım. Dəqiq elmlər üzrə təhsil alanlara isə artilleriya komandirliyi dərsi keçilirdi. Niyə? Çünki bu hərb sahəsi dəqiq elmlərə – riyaziyyata, fizikaya... əsaslanır. Filmə baxanda belə başa düşdüm ki, müharibə dövründə sərhəd qoşunlarının arsenalında “Bayraktar”lara, “Harop”lara general Əfqan Nağıyev rəhbərlik edirmiş. Sənədli xronikalarda göstərilən gündəlik uğurlu video-statistikada fizik, general Əfqan Nağıyev və komandasının da xidmətləri danılmazmış. Cildi dəyişdirilən “kukuruznik” təyyarələrinin bu müharibədə düşmənə hansı itkilərin yaşatmasını və digər rəsmi faktları ilk dəfə onun dilindən eşitməyim isə qürurverici idi. Ali məktəbdə artilleriya dərsi alan, leytenant olan Əfqan artıq yeni mərhələyə – dronlar dünyasına qədəm qoymuşdu.

 

ƏFQAN NAĞIYEV ƏSL VƏZİFƏ ADAMIDIR

Niyə? Çünki neçə dəfə zəng etmişəm, cavab verməyib. Tanımır bəlkə? Yox, mesaj da yazmışdım axı ki, götür, mənəm. Yenə də səs çıxmadı. Bir işim düşməyib ona. Elə-belə... Orden-medallarını təbrik etmək, sevincinə şərik olmaq istəyirdim. Lap bu yazımda yazdığım bəzi ürək sözlərimi də ona demək istəyirdim. Ona görə də yazmağa qərar verdim. Qoy generalımızı oxucularım da tanısın. Niyə məhz general-leytenant Əfqan Nağıyev haqqında? Niyə ondan başladım? Axı Vətən müharibəmizdə qəhrəman generallarımız çoxdur. Hamısına böyük hörmət və ehtiramım var. Mərhum generalımız Polad Həşimovun isə ruhu şad olsun. Amma bir özəl səbəb var. Oktyabrın 1-i Əfqanın 55 yaşı tamam olur. Yubiley sayılır. Həyatda ən yaxşı şeyləri arzulayıram ona. Telefonumu götürməsə də olar, təki xoş sədalarını eşidək, sevinək. TƏBRİKLƏR!!!

 

Hörmətlə: Keçmiş tələbə yoldaşın, Sərhəd Qoşunları yefreytoru Mahir İmamverdiyev.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Ən çox və ən az məhbusu olan ölkələr: Azərbaycan neçəncidir? - REYTİNQ 25 Oktyabr 2021, 13:17 Koronavirusun delta ştammının FOTOSU yayıldı 25 Oktyabr 2021, 13:06 Dələduz qadın tutuldu 25 Oktyabr 2021, 13:00 Azərbaycanın mükafatı fəxri konsula verildi 25 Oktyabr 2021, 12:54 Hamilə qadınlar da peyvənd oluna bilər - RƏSMİ 25 Oktyabr 2021, 12:48 Hadi Rəcəbli HARALARDADI... 25 Oktyabr 2021, 12:45 Rusiya ilə Ermənistan Zəngəzurda hərbi təlimlər KEÇİRDİ 25 Oktyabr 2021, 12:39 Goranboyda şəhidin məzarı ziyarət olunub 25 Oktyabr 2021, 12:35 Qanunsuz meşə materialı AŞKARLANDI 25 Oktyabr 2021, 12:31 Prokurorluq 37 yaşlı kişinin ölümünü ARAŞDIRIR 25 Oktyabr 2021, 12:26 Türkiyədə meşələri yandıran 7 rusiyalı saxlanıldı 25 Oktyabr 2021, 12:20 Azərbaycan hansı ölkədən hərbi təyyarələr alacaq? 25 Oktyabr 2021, 12:15 Sabah Bakıda yağış yağacaq 25 Oktyabr 2021, 12:10 8 maşından OĞURLUQ ETDİ 25 Oktyabr 2021, 12:05 Mehriban Əliyeva Qubadlıdan paylaşım etdi - FOTO 25 Oktyabr 2021, 12:00 Qahirədə müdavimlərlə GÖRÜŞ   25 Oktyabr 2021, 11:55 Sərxoş oğru TUTULDU 25 Oktyabr 2021, 11:50 DOST Mərkəzinə MEDİATUR 25 Oktyabr 2021, 11:46 İrəvan-Gümrü qatarı daşa basıldı 25 Oktyabr 2021, 11:42 Azərbaycanın Türkiyəyə ixracı 2 milyard dollara çatır 25 Oktyabr 2021, 11:38 Paşinyan Qafqazda “sülh dövrü”nün başlandığını ELAN ETDİ 25 Oktyabr 2021, 11:34 Bakının mərkəzində qumbara tapıldı - FOTO 25 Oktyabr 2021, 11:30 Tuneldə QƏZA - FOTO 25 Oktyabr 2021, 11:27 Ermənistan hərbi xərclərini artırır – Paşinyan AÇIQLADI 25 Oktyabr 2021, 11:25 Hafiz Hacıyevi süni tənəffüs aparatından ayırıblar - YENİLƏNİB 25 Oktyabr 2021, 11:20 Sabiq şöbə müdirinin məhkəməsində tələbələr dindirildi 25 Oktyabr 2021, 11:16 1059 nəfər toyalara BURAXILMADI 25 Oktyabr 2021, 11:12 “Azəriqaz”ın növbəti aksiyası Cəlilabadda keçiriləcək 25 Oktyabr 2021, 11:08 Ermənistanda COVID-19-dan daha 42 nəfər öldü 25 Oktyabr 2021, 11:04 Havar Məmmədov təltif olundu - FOTO 25 Oktyabr 2021, 11:00 Bizimkilər - “Hakim partiyanın qəzetində çalışmağın böyük məsuliyyəti var” - MÜSAHİBƏ 25 Oktyabr 2021, 10:56 Evdən 8500 manat pul OĞURLADI 25 Oktyabr 2021, 10:52 “Dostlar” serialının aktyoru vəfat etdi 25 Oktyabr 2021, 10:48 Amerikalı senatordan xalqımıza TƏBRİK 25 Oktyabr 2021, 10:44 Azərbaycan elminə ağır itki 25 Oktyabr 2021, 10:40