Modern.az

"Azərbaycan və Ermənistan deputatlarının münasibətləri yeni mərhələyə qədəm qoyur"

"Azərbaycan və Ermənistan deputatlarının münasibətləri yeni mərhələyə qədəm qoyur"

22 Oktyabr 2009, 18:55

Oktyabrın 22-də Rusiya Dövlət Dumasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə həsr edilmiş “Yeni geosiyasi şəraitdə parlamentlərarası əməkdaşlığın aktual problemləri” mövzusunda dəyirmi masa keçirilib. Modern.az xəbər verir ki, tədbir Dövlət Dumasının MDB və Həmvətənlərlə Əlaqələr Komitəsi tərəfindən təşkil edilib.
Dəyirmi masada Azərbaycan, Rusiya və Ermənistan parlamentlərinin hərəsindən 5 deputat iştirak edib. İclasda ölkəmizi Milli Məclisin deputatları Rəbiyyət Aslanova, Sabir Hacıyev, Mixail Zabelin, Əli Hüseynov, Rövşən Rzayev, habelə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu təmsil edib. Görüşdə Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə nümayəndəsi Mixail Şvıdkoy da iştirak edib.
Üç ölkə parlamentarilərinin görüşü KİV nümayəndələrinin iştirakı olmadan qapalı keçib.
Görüşdən sonra iştirakçılar bildiriblər ki, parlamentlərarası təmasların davam etdirilməsi qərarı qəbul olunub. Modern.az BBC-yə istinadən xəbər verir ki, bağlı qapılar arxasında keçən və təxminən 3 saata qədər davam edən tədbirdən çıxan Azərbaycan parlamentinin üzvü Rəbiyət Aslanova görüşün nəticələrini belə şərh edib: "Söhbət çox konstruktiv xarakter dayışırdı. Azərbaycan və Ermənistan millət vəkillərinin münasibətləri yeni mərhələyə qədəm qoyur. İnanıram ki, bu görüşlər gələcəkdə Qağlıq Qarabağ probleminin həllinə kömək edəcək".
"Sizcə, deputatlar səviyyəsində nə isə həll olunurmu, axı aydındır ki, problemin həlliylə birbaşa prezidentlər, nazirlər məşğul olur, belə görüşlər lazımdırmı" sualına Rəbiyət Aslanovanın çavabı bu cür olub: "Mütləq lazımdır, ümumiyyətlə dünyada parlamentlərarası əməkdaşlığın böyük rolu var. Bu, xalqlararası, dövlətlərarası münasibətlərin normallaşdırılmasına kömək edən bir məqamdır".
Öz növbəsində görüşdə iştirak etmiş Ermənistanın Rusiyadakı səfiri Armen Smbatyan parlament üzvlərinin görüşlərinin mənasını belə görür: "Əlbəttə, prezident qərar çıxarır. Ancaq lazımı atmosfer olmasa bu qəbul olunmayacaq. Prezident hətta müdrik qərar çıxara bilər, ancaq bunu anlayan və qəbul edən atmosfer olmasa çətin olacaq. Ona görə indi parlament üzvlərinin, müxtəlif səviyyələrdə insanların görüşləri çox yararlıdır. Bu iş davam etdiriləcək, zənnimcə, birbaşa təmaslar mümkündür, biz, məncə, təmaslar üçün vasitəçinin mütləq olması mərhələsini keçmişik. Konkret münaqişənin həlli danışıqlarında, əlbəttə, Minsk qrupu lazımdır, amma başqa səviyyələrdə birbaşa təmaslar lazımdır".
Moskvadakı danışıqların təşəbbüskarı Dumanın MDB və həmvətənlilərlə əlaqələr komitəsi olub. Bu komitənin sədr müavini Konstantin Zatulin Duma təmaslarına münasibətini belə açıb: "Bizim, ələbbətə ki, dərhal Qarabağ problemini həll edəcəyimizə heç bir illyuziyamız yoxdur. Zənnimcə, hətta ilkin mərhələdə bu problemi bir qədər kənarda qoyub qarşılıqlı razılıq doğuran istiqamətləri inkişaf etdirmək olar".
Ermənistan parlamentindən Vaan Ovanisyan da ilk əvvəl daha yungul problemlərin, sonra isə daha ağır problemlərin müzakirəsini düzgün saydığını deyib: "Biz bizi birləşdirə bilən məsələləri ilk əvvəl müzakirə etmək konsepsiyasını yeritməyə çalışırıq. Daha ağır problemi sonraya saxlamaq olar. Beynəlxalq təşkilatlardakı birgə işi, mədəni əlaqələri, səhiyyə istiqamətində işi inkişaf etdirmək olar".
Bütün bunlarla bərabər, bir çoxları etiraf edir ki, deputatlar səviyyəsində görüş ancaq köməkçi xarakter daşıyır. İşin kökündə birbaşa Qarabağ münaqişəsinin özüdür və onun siyasi həlli olmadan bütün başqa istiqamətlər natamam və bir elə taleyüklü görünmür.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir