Modern.az

Hərraca 3 milyon manatlıq istiqraz çıxarılacaq

Hərraca 3 milyon manatlıq istiqraz çıxarılacaq

23 Oktyabr 2009, 13:25

Azərbaycan İpoteka Fondu 26 oktyabr 2009-cu il tarixində Bakı Fond Birjasında Fondun faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsini həyata keçirəcək.
İpoteka Fondundan Modern.az-a bildirilib ki, hərraca 3 000 000 AZN həcmində istiqraz çıxarılacaq. İstiqrazlar cari qiymətlə (101,1000) satışa çıxarılacaq. İstiqrazları əldə etmək istəyən şəxslər “Bakı Fond Birjası” QSC-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilatlara müraciət edə bilərlər.
İstiqrazların ödənmə tarixi – 10 may 2016-cı ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat Azərbaycan Respublikası Mərkəzi Bankıdır.
İstiqrazların yerləşdirilməsinə 16 iyun 2009-cu il tarixində başlanılıb və hərraca bu günədək 38 milyon AZN həcmində istiqraz yerləşdirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı