86 saylı İsmayıllı Seçki Dairəsindən deputatlığa namizəd Novruzəli Davud oğlu Aslanovun (Novruz Aslan) seçicilərə müraciəti

 

ƏZİZ  SEÇİCİLƏR !

 

Dövlətimiz inkişaf yolunu prioritet tutaraq bütün sahələrdə öz məqsədyönlü siyasətini uğurla həyata keçirir. Bu dinamik inkişafın nəticələrinin bu gün biz canlı şahidi oluruq. Bu yolda əsas amalımız dövlətlə xalqın birliyidir. Hər bir insan bu gün üzərinə düşən məsuliyyəti, vətəndaşlıq borcunu dərk etməli, cəmiyyətin demokratik əsaslarla inkişafına  töhfə verməli və ətrafda baş verən hadisələri düzgün qiymətləndirərək bu həyatdan məmnun olmaq imkanını əldən verməməlidir. Xalqımızın həyatında mühüm hadisə olacaq növbədənkənar Parlament seçkilərinin daha demokratik və şəffaf keçirilməsi hər birimizin fəallıq göstərməsinə zəmin yaratmışdır. Hamı bu imkandan səmərəli istifadə etməli, öz seçimində yanılmamalı və ən çox etimad göstərdiyi namizədə səs verməlidir.

 

Mən, 86 saylı İsmayıllı Seçki Dairəsindən deputatlığa bitərəf namizədəm. 2005, 2010 və 2015-ci illərdə mənə göstərdiyiniz etimada görə Sizə öz təşəkkürümü bildirirəm. Artıq 14 ildir sizinlə birgə mövcud problemlərin aradan qaldırılması üçün müvafiq işlər görürük. Düşünürəm ki, bu illər ərzində Sizin dəstəyinizi həss edərək imkanlarım daxilində əlimdən gələni əsirgəməmişəm. Hər həftə rayona səfərlər etmişəm, ən ucqar dağ kəndləri də daxil olmaqla səyyar görüş-qəbulları keçirmişəm, mövcud problemlərin həllinə sizinlə birgə çalışmışam və müəyyən uğurlara sizinlə birgə  imza atmışıq.

 

Kiçik bir statistikanı diqqətinizə çatdırmaq istərdim: Deputatlıq fəaliyyətimin 14 ili ərzində İsmayıllı rayonuna 680 səfərim olub, qəbullarımda iştirak edən sakinlərin sayı təxminən 35 minə yaxın olub, kütləvi tədbirlərdə mütəmadi olaraq iştirak etmişəm, sakinlərin məişət problemlərinin həllinə töhfələrim olub, fərdi evlərdə baş vermiş texnogen fəlakətlər zamanı zərərçəkmiş ailələrə humanitar yardımlar edilib, ünvanıma daxil olan ərizələrə zamanında baxılıb və müvafiq addımlar atılıb. Müraciətlərin 75 faizi həll edilib. Hər il «Hesabat» jurnalı hazırlayıb müvafiq qurumlara və ictimaiyyətə təqdim etmişəm.

 

Təbii ki, bu işlərin görülməsində müvafiq hökumət strukturlarının rolu da böyük olub, qarşılıqlı əməkdaşlıq sayəsində bir çox məsələlər öz müsbət həllini tapıb. Rayonda kiçik və orta sahibkarlığın, turizmin və fermer təsərrüfatlarının inkişafında, aztəminatlı ailələrin rifahının və kommunal xidmətlərin yaxşılaşdırılmasında, seçici hüquqlarının qorunmasında, xüsusilə, kəndlərin təbii qaz, su, enerji ilə təchizatında və bu kimi digər vacib məsələlərin həllində əlaqədar hökumət strukturları ilə sıx əməkdaşlıq edilib. Əlbəttə, belə məsələlərin tam olaraq həlli müəyyən zaman tələb edir və mən bu zamandan istifadə edərək yarımçıq qalmış məsələlərin də həllinə nail olmaq əzmindəyəm. Ümid edirəm ki, İsmayıllı rayon sakinləri fəaliyyətimə düzgün qiymət verərək, bu işlərin davamlılığını təmin etmək məqsədilə yenidən mənə etimad göstərəcəklər. 

 

Mən, Azərbaycanda demokratik əsaslarla inkişaf edən vətəndaş cəmiyyəti  naminə bütün imkanlarımdan tam olaraq istifadə edirəm və bunun üçün də Sizin  etimadınız mənim üçün çox vacibdir. Respublikada sosial-iqtisadi və ictimai-siyasi sahədə həyata keçirilən çox mühüm islahatlar bu gün bizə tam imkan verir ki, öz vətəndaşlıq hüquqlarımızdan istifadə edərək dövlətçiliyimizin möhkəmlənməsinə, müstəqilliyimizin qorunub saxlanılmasına öz töhfəmizi verək. Bu yolda hər bir azərbaycan vətəndaşı milliyyətindən, siyasi əqidəsindən və dini mənsubiyyətindən asılı olmayaraq öz vətəndaşlıq mövqeyini açıq surətdə nümayiş etdirməli və seçkilərdə ən layiqli namizədə səs verməlidir.

 

Rayonda mövcud olan problemlər mənə bəllidir. Məhz, bu problemlərin həlli üçün Sizin dəstəyinizə ümid edirəm. Əlbəttə, son illər bir çox məsələlər öz müsbət həllini tapmışdır. Lakin, həllini gözləyən məsələlər də az deyildir. Qarşıda hələ görüləsi işlərimiz çoxdur. Bu istiqamətdə Sizi birgə fəaliyyətə dəvət edirəm.

 

Milli Məclis respublikanın ali qanunverici orqanı olaraq müvafiq qanun yaradacılığı sahəsində çalışır. Bu istiqamətdə millət vəkilləri daha da mübarizlik göstərməli, xalq isə parlamentin formalaşmasında öz hüquqlarından düzgün istifadə etməlidir. Bunun üçün ən ümdə vəzifə layiqli və xalqının qeydinə qalan, onların problemlərini özününki kimi qəbul edən namizədi seçməkdir. Siz bilirsiniz ki, mən uzun müddətdir ictimai və sosial sahədə fəaliyyət göstərirəm, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbəriyəm. Cəmiyyətin sosial sahədəki problemlərilə yaxından tanışam, çünki mən öz fəaliyyətimdə bütün bunlarla hər gün üzləşirəm.

 

ƏZİZ  HƏMYERLİLƏRİM !

 

Mən, Sizin seçiminizə hörmətlə yanaşaraq, bu seçimdə layiqlilərin layiqlisinə yer olacağına inanıram. Qəlbinizdə mənə yer olacağı təqdirdə, Sizə xidmət göstərməkdən şərəf hissi duyardım. Bu seçkilərdə «Sizinlə birgə xoş gələcəyə doğru» şüarı ilə uğurlarımızın davamlı olmasını birgə təmin edəcəyik.

 

Fevral ayının 9-da hər birinizi seçki məntəqələrinə gələrək istədiyiniz namizədə səs verməyə dəvət edirəm.

 

TANRI  SİZİ  QORUSUN !

                       

Dərin hörmətlə, Sizin NOVRUZƏLİ ASLANOV (NOVRUZ ASLAN)

 

 

 

 

          

MSK  seçkilərin yekunlarına dair protokolun tərtibinə başlayıb 25 Fevral 2020, 19:46 Yanvarda Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı açıqlanıb 25 Fevral 2020, 19:40 Qalmaqallı dairədə daha 2 məntəqənin nəticələri etibarsız sayıldı 25 Fevral 2020, 19:32 İlham Əliyev Ərdoğanın şərəfinə şam yeməyi verdi - FOTO 25 Fevral 2020, 19:23 Erkin Qədirlinin şikayəti təmin olunmadı 25 Fevral 2020, 19:20 MSK daha 10 məntəqədə seçkilərin nəticələrini ləğv edib 25 Fevral 2020, 19:14 Tərtərdə 30 yaşlı kişi dəm qazından zəhərləndi 25 Fevral 2020, 19:10 İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Xocalı soyqırımının VİDEOÇARXI 25 Fevral 2020, 19:03 Siyasilərin koronavirus məsləhəti: Digər xəstəliklər koronavirusdan çox adam öldürür - QORXMAYIN 25 Fevral 2020, 18:57 Cənubi Koreyada Xocalı üçün milli petisiyası yaradıldı 25 Fevral 2020, 18:42 İrandan Azərbaycana qayıdan 23 nəfər xəstəxanaya yerləşdirilib 25 Fevral 2020, 18:36 Azərbaycan və Türkiyə prezidentləri birgə mətbuat önünə çıxdı - FOTOLAR 25 Fevral 2020, 18:26 Azərbaycan-Türkiyə sənədləri imzalanıb 25 Fevral 2020, 18:16 MSK 24 saat müddətində sənədləri Konstitusiya Məhkəməsinə göndərəcək 25 Fevral 2020, 18:14 Goranboyda 70 yeni iş yeri açılacaq 25 Fevral 2020, 18:11 Güclü külək Bərdə və Tərtərdə fəsadlar törədib 25 Fevral 2020, 18:08 MSK-dan Fatma Yıldırımın dairəsi ilə bağlı QƏRAR 25 Fevral 2020, 18:04 Ağdamda mənzildən 28 min dollar oğurlayan şəxs saxlanıldı 25 Fevral 2020, 18:03 Musa Quliyevin dairəsində iki məntəqənin nəticəsi ləğv olundu 25 Fevral 2020, 18:02 Mehriban Əliyeva məşhur musiqiçinin müalicəsi ilə bağlı tapşırıq verdi  25 Fevral 2020, 17:59 Gəncədə küləyin sürəti 35 metrə çatıb 25 Fevral 2020, 17:54 Spirt və maska koronavirusun qarşısını alır? - Baş infeksionistdən AÇIQLAMA 25 Fevral 2020, 17:54 Nazirlik ağac kəsən şirkəti rekord məbləğdə CƏRİMƏLƏDİ 25 Fevral 2020, 17:42 Xocalıya həsr edilmiş mahnılar: Faiq Sücəddinov qarışdırdı, Xanım İsmayılqızı “yoxdur” dedi 25 Fevral 2020, 17:37 Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib 25 Fevral 2020, 17:33 Elşən Musayevin dairəsində də məntəqələrin nəticəsi ləğv edildi 25 Fevral 2020, 17:32 İlk Novruz hədiyyəniz Azercell-dən olsun! 25 Fevral 2020, 17:29 Tamam Cəfərovanın seçki dairəsi ilə bağlı qərar VERİLDİ 25 Fevral 2020, 17:27 MSK bu dairədə 9 məntəqənin nəticəsini etibarsız SAYDI 25 Fevral 2020, 17:21 İsa Qənbərin oğlunun şikayəti təmin olunmadı 25 Fevral 2020, 17:18 Qalib Salahzadənin oğlunun dairəsində məntəqənin nəticəsi ləğv olundu 25 Fevral 2020, 17:06 MSK Rüfət Quliyevin dairəsindən şikayətə baxdı 25 Fevral 2020, 17:00 Dillər Universitetində Xocalı soyqırımının qurbanları anılıb 25 Fevral 2020, 17:00 Sarkisyan məhkəmə qarşısına çıxır – FOTO 25 Fevral 2020, 16:56 Naftalan sakinlərinə daşınmaz əmlakın icbari siğorta şəhadətnamələri verildi 25 Fevral 2020, 16:54