TƏRCÜMEYİ-HAL

Ağalar İsrəfil oğlu Vəliyev

 

Ağalar İsrəfil oğlu Vəliyev 1957-ci ilin iyulun 23-də Azərbaycan Respublikasının Yevlax şəhərində anadan olmuşdur. 1963-1973-cü illərdə Yevlax şəhərinin 2 və 8 saylı məktəblərində orta təhsil almış, 1973-cü ildə Mingəçevir Politexnik Texnikumunun “Sənaye və mülki tikinti” fakultəsinə daxil olmuş və 1976-cı ildə həmin texnikumu bitirmişdir.

 

A.İ.Vəliyev əmək fəaliyyətinə 1976-cı ilin martın 26-da Yevlax Dəmir-Beton Məmulatları zavodunda III dərəcəli fəhlə kimi başlamışdır. 1976-cı ilin may ayından 1978-ci ilin may ayınadək həqiqi hərbi xidmətdə olmuşdur.

 

Hərbi xidməti başa vurduqdan sonra Yevlax Dəmir-Beton Məmulatları zavodunda texnik-laborant, laboratoriya mühəndisi, texniki-istehsalat şöbəsinin rəisi, baş mühəndis, direktor əvəzi və direktor vəzifələrində işləmişdir.

 

1983-cü ildə A.İ.Vəliyev Azərbaycan İnşaat  Mühəndisləri İnstitutunun “Sənaye və mülki tikinti” fakultəsinə  daxil olmuş və 1989-cu ildə həmin institutu “İnşaatçı-mühəndis” ixtisası üzrə bitirmişdir.

 

A.İ.Vəliyev 1991-ci ildə “Azəravtoyol” İstehsalat Birliyinin Yevlax “Körpü Tikinti” Kombinatının baş direktoru vəzifəsinə, 1993-cü ildə isə Yevlax “2 saylı Yol Təmir Tikinti” Trestinin rəisi vəzifəsinə təyin edilmişdir.

 

Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin 19 iyun 1996-cı il tarixli sərəncamı ilə A.İ.Vəliyev “Azəraqrartikinti” Dövlət Şirkətinin prezidenti vəzifəsinə  təyin  olunmuşdur.

 

“Tikinti kompleksinin  inhisarlaşdırılması  və  özəlləşdirilməsi  tədbirləri  haqqında”  Azərbaycan Respublikasının  Prezidentinin    02  dekabr 1997-ci  il  tarixli  646  saylı  Fərmanının  icrasına  uyğun  olaraq  A.İ.Vəliyev  01  mart  1998-ci  il  tarixindən  “Azəraqrartikinti”  Dövlət  Şirkətinin bazasında  yaradılmış   “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin  İdarə  Heyyətinin sədri-prezidenti  vəzifəsinə  seçilmişdir.

 

A.İ.Vəliyev  ölkənin  inşaat-tikinti  sektorunda özünəməxsus  yeri  və  böyük  nüfuzu  olan “Azəraqrartikinti” ASC-yə rəhbərlik  etdiyi  illər  ərzində  Bakı  şəhərində  və  respublikanın  rayonlarında   yüzlərlə  müxtəlif  təyinatlı  tikililər,  binalar, qurğular  inşa  edilmiş, bir sıra  strateji  əhəmiyyətli  obyektlər  və  avtomobil  yolları  istismara  verilmişdir.

 

Bu  obyektlərin  bir  çoxlarının  açılışında  Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyev  şəxsən  iştirak  etmiş  və  görülən  işləri  yüksək  dəyərləndirmişdir.    

 

2010-cu ilin noyabr ayında A.İ.Vəliyev Yeni Azərbaycan Partiyasından irəli sürülən namizəd kimi 11 saylı Qaradağ Seçki Dairəsindən IV çağırış, 2015-ci ilin noyabr ayında isə 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən V çağırış  Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.

 

Hazırda A.İ.Vəliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstriya, Avstraliya-Yeni Zellandiya, Belarus, Çin, Türkiyə,  Özbəkistan parlamentləri ilə dostluq qruplarının, Türkdilli Ölkələrin və Avronest  Parlament Assambleyalarında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

 

A.İ.Vəliyevin xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmiş, o Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09 aprel 2010-cu il tarixli Sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adına layiq görülmüş, 10 aprel 2012-ci il tarixli Sərəncamı ilə “Şöhrət”,  20 iyul 2017-ci il tarixli Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə”  ordenləri və 27 may 2019-cu il tarixli Sərəncamı  ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunmuşdur.

 

A.İ.Vəliyev evlidir, bir oğlu və iki nəvəsi vardır.

 

 

 

Azərbaycan  Respublikası  Milli  Məclisinin deputatı Ağalar Vəliyevin 2015-2019-cu illərdə fəaliyyəti barədə

 

M  Ə  L  U  M  A  T

 

 

Ulu Öndərimiz  Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik prinsiplərini və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qarşıya qoyduğu proqram xarakterli vəzifələri rəhbər tutaraq Azərbaycan Respublikası Milli Məclisinin deputatı cənab Ağalar Vəliyev tərəfindən  ölkəmizdə həyata keçirilən  uğurlu dövlət siyasətinin dəstəklənməsi  istiqamətlərində 2015-2019-cu illər ərzində xeyli işlər görülmüşdür.

 

"Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında"  və "Daxili Nizamnaməsi haqqında"  Qanunların tələblərinə uyğun olaraq qanunvericilik, təmsilçilik, nümayəndəlik funksiyalarının icrası ilə yanaşı respublikanın, eləcə də təmsil etdiyi 97 saylı Seçki Dairəsinə daxil olan  Goranboy, Ağdam və Tərtər rayonlarının  ictimai-siyasi həyatında fəallıq göstərilməsi, onların sosial-iqtisadi problemlərinin həllinə köməklik edilməsi millət vəkilinin fəaliyyətinin prioritet istiqamətlərini təşkil etmişdir.

 

Deputat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin  sədr müavini  olaraq ölkədə həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strateqiyasının və köklü islahatlar konsepsiyasının hüquqi əsaslarının təkmilləşdirilməsinə yönələn bir sıra qanunların, o cümlədən 2015-2020-ci illərin  "Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında", "Sahibkarlıq fəaliyyəti haqqında",   “Lisenziyalar və icazələr haqqında”, “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keirilməsi haqqında”, “Vergilər Məcəlləsində dəyişikliklər edilməsi haqqında”  və digər önəmli qanunların  hazırlanmasında fəal iştirak etmiş və qanunların qəbulunda nəzərə alınan  təkliflər vermişdir.

 

Yeni Azərbaycan Partiyasının namizədi olan millət vəkilinin fəaliyyətinin aparıcı istiqamətlərini ulu öndərimiz  Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna xidmətlərinin və hörmətli ölkə rəhbərimiz cənab İlham Əliyevin müəllifliyi ilə son 16 il ərzində qazanılan  və müasir dünya  tərəfindən  qəbul  olunan  uğurların  təbliği təşkil etmişdir.

 

Belə ki, 2018-ci ilin aprelin 11-də keçirilən Prezident seçkiləri ərəfəsində cənab Ağalar Vəliyev Yeni Azərbaycan Partiyasının Seçki Qərərgahı ilə birgə müvafiq olaraq 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsinin yaşayış məntəqələrində və əmək kollektivlərində çoxsaylı görüşlər zamanı dövlət başçımızın seçkiqabağı  təşviqat kompaniyasının təşkilində fəal iştirak etmiş və cənab İlham Əliyevin rəhbərliyi altında son illər ərzində istər daxili, istərsə də  xarici siyasət sahəsində qazanılan nailiyyətləri ehtiva edən geniş təbliğat işləri aparmışdır.

 

Milli Məslisin beynəlxalq miqyasda fəaliyyətinin genişləndirilməsi və parlametlərarası   əlaqələrinin gücləndirilməsi kontekstində deputat tərəfindən bir sıra əməli tədbirlər görülmüşdür.

 

Türkdilli Ölkələr və AVRONEST Parlament Assambleyalarında  Azərbaycan nümayəndə heyətinin üzvü olaraq millət vəkili Bakıda və ölkə xaricində keçirilən muxtəlif forumlarda və  konfranslarda iştirak etmiş, müzakirə olunan məsələlərlə bağlı  ölkəmizin mənafeyinə uyğun prinsipial mövqeyini  nümayiş etdirmişdir.    

 

Azərbaycan – Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi iki ölkə arasında müxtəlıf sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi, dövlətlərimizin, parlamentlərimizin və xalqlarımızın mənafelərinə uyğun münasibətlərin formalaşdirilması üçün deputat  tərəfindən zəruri işlər aparılmışdır.

 

Deputat həmçinin, Avstriya, Avstraliya-Yeni Zellandiya, Belarus, Çin, Türkiyə və Özbəkistan parlamentləri ilə dostluq qruplarının üzvü kimi  Milli Məclisin beynəlxalq sahədə əməkdaşlığının  inkişafında səylərini əsirgəməmişdir.

 

Eyni zamanda, cənab Prezidentin təşəbbüsü və dəstəyi ilə müvafiq dövlət proqramları və infrastruktur layihələri çərçivəsində respublikamızın bütün reqionlarında, o cümlədən Goranboy, Ağdam, Tərtər və digər rayonlarda həyata keçirilən quruculuq və abadlıq işləri kontekstində seçiçilərin sosial sifarişlərinin yerinə yetirilməsi millət vəkilinin fəaliyyətimin önəmli istiqamətlərini təşkil etmişdir. 

 

Goranboy rayonunun təmas xəttində yerləşən Tapqaraqoyunlu kənd orta məktəbinin 645 kv. metr dam örtüyü yenisi ilə əvəz olunmuş, məktəbin sinif otaqları  əsaslı təmir olunmuş və Təhsil Nazirliyi tərəfindən əlavə tədris korpusu tikilmişdir. Tərtər rayonunun Sarov kəndində yerləşən orta məktəbin istismara yararsız vəziyyətdə olan 290 kv. metr dam örtüyü dəyişdirilmiş və sinif otaqlarında  carı təmir işləri aparılmışdır.

 

Həmçinin, Goranboy şəhərində Bayraq Meydanının və Muzeyinin tikintisi üçün   lazım olan inşaat materialları, şəhərin su-kanalizasiya sisteminin əsaslı təmiri üçün 12 ədəd iri həcmli beton boru,  Tərtər şəhərində Diyarşünaslıq Muzeyinin inşası  üçün 50 ton sement göndərilmişdir.

 

2016-ci ilin aprel döyüşləri günlərində millət vəkili təmsilçisi olduğu 97 saylı seçki dairəsinə daxil olan və bilavasitə cəbhə bölgəsində yerləşən Goranboy, Ağdam və Tərtər rayonlarının Tapqaraqoyunlu, Zeyvə, Borsunlu, Mahrızlı və digər kəndlərində olmuş, yerli sakinlər və hərbçilərlə görüşmüş, onlara dəstək göstərmişdir.

 

Ağdam rayonunun Çəmənli kəndində yerləşən Seyid Lazım Ağanın ziyarətgah kompleksinin mərasim zalları müasir havalandırma, isitmə və soyutma sistemləri ilə təmin edilmişdir.

 

Ağdamlı məcburi köçkün soydaşlarımızın yurd həsrəti və çoxsaylı müraciətləri nəzərə alınaraq Heydər Əliyev Fondunun təşkilatçılığı və millət vəkilinin dəstəyilə Ağdam rayonunun Quzanlı qəsəbəsində bütün müasir tələblərə cavab verən Muğam Mərkəzi tikilmişdir.  2018-ci ilin noyabrın 5-də açılış mərasimində dövlət başçısının və birinci xanımın şəxsən iştirak etdiyi, ərazisi 7 782, tikintialti sahəsi 1 800 kvadrat metr  təşkil edən, 328 yerlik konsert zalından və müxtəlif təyinatlı otaqlardan ibarət olan iki mərtəbəli  Mərkəzdə muğam sənətinin tədrisi və təbliği üçün hər cür şərait yaradılmışdır.

 

Xalqımızın  xeyirxahlıq və humanizm ənənələrinə uyğun olaraq millət vəkili tərəfindən  2015-2019-cu illərdə Goranboy, Ağdam, Tərtər rayonlarndan olan  şəhid ailələrinin, Qarabağ əlilllərinin və bütövlükdə aztəminatlı ailələrin sosial problemlərinin həllinə əməli köməklik göstərilmişdir.

 

Milli, mənəvi və dini dəyərlərimizə hörmət əlaməti olaraq deputat tərəfindən  imkansız mömin seçicilərinin istəklərinin yerinə yetirilməsi məqsədilə müvafiq tədbirlər görülmüşdür.

 

Ölkə rəhbərliyinin insan kapitalının formalaşdırılması siyasətinin dəstəklənməsi məqsədilə təhsildə nailiyyəti olan əlaçı şagirdlərin və yüksək balla ali məktəblərə daxil olan tələbələrin stimullaşdırılması təşkil olunmuşdur.

 

Millət vəkili kimi fəalliyyəti dövründə seçicilərlə keçirilən görüşlərdə və aparılan qəbullarda  fərdi qaydada ona müraciət etmiş  10-dan çox vətəndaş   ixtisasına  uyğun  işlə təmin olunmuş,  şəhid, əlil,  tənha və  ahıl  insanlar  da daxil olmaqla ağır sosial vəziyyətdə yaşayan 100-ə yaxın seçicinin müalicəsinə,  evlərinin tikintisinə, mənzillərinin təmirinə, müxtəlif təyinatlı avadanlıqlarla və ləvazımatlarla təmin edilməsinə mövcud imkanlar daxilində köməklik  göstərilmişdir.

 

Milli Məclisin deputatı, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini cənab Ağalar Vəliyev 2015-2019-cu illərdə bir sıra beynəlxalq əhəmiyyətli və respublika miqyaslı tədbirlərdə iştirak etmiş, onun təmsil etdiyi Goranboy, Ağdam və Tərtər rayonlarının sosial-iqtisadi inkişafı ilə bağlı yığıncaqlarda çıxışları, “Milli Məclis” analitik informasiya jurnalında, “Azərbaycan”, “Xalq”, “Respublika”, “Yeni Azərbaycan”, “İki sahil”, “Səs” qəzetlərində və digər kütləvi informasiya vasitələrində müasir həyatımızın müxtəlif aspektlərini əhatə edən  müsahibələri və məqalələri olmuşdur.

 

 

 

 

 

Çempionlar Liqasının püşkatma mərasimi keçiriləcək 10 İyul 2020, 00:44 Ayaz Mütəllibov Ramiz Mehdiyevi müdafiə etdi 10 İyul 2020, 00:32 Xalq artistinin oğlu vəfat etdi 10 İyul 2020, 00:14 Bakıda internet problemi yarandı 9 İyul 2020, 23:57 Nazir Səttar Mehbalıyevin oğlu ilə bağlı əmr VERDİ 9 İyul 2020, 23:45 AZAL Kiyevdən 189 azərbaycanlını vətənə gətirdi - FOTOLAR 9 İyul 2020, 23:27 Çin daha bir rabitə peykini orbitə çıxardı 9 İyul 2020, 23:15 Avropa Liqasının qrup mərhələsində VAR sistemi tətbiq edilməyəcək 9 İyul 2020, 22:59 Bank kreditləri üzrə dövlət dəstəyi veriləcək subyektlər müəyyənləşdi 9 İyul 2020, 22:43 Dağlıq ərazidə baş verən yanğın söndürüldü 9 İyul 2020, 22:30 İtaliyada 34 926 nəfər koronavirusun qurbanı oldu 9 İyul 2020, 22:16 Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 59-a çatdı - FOTO 9 İyul 2020, 22:00 Siam əkizlərini 18 saat davam edən əməliyyatla ayrılıblar 9 İyul 2020, 21:44 Türkiyədə koronavirusdan ölənlərin sayı 5 300-ə çatıb 9 İyul 2020, 21:28 Zərdabda Kürdə batan 3 nəfərdən birinin meyiti tapıldı - YENİLƏNİB 9 İyul 2020, 21:14 6050 obyektdə sanitar-epidemioloji tələblər pozulub 9 İyul 2020, 21:09 Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə görüşü keçirilib 9 İyul 2020, 20:53 Smartfonların elektromaqnit radiasiya səviyyəsi açıqlandı - SİYAHI 9 İyul 2020, 20:41 Azərbaycanda internetin keyfiyyəti yaxşılaşacaq 9 İyul 2020, 20:33 Nazirlər Kabinetindən əməkhaqları ilə bağlı QƏRAR 9 İyul 2020, 20:03 Pandemiya ilə mübarizə aparan tibb işçiləri ilə bağlı 2 VACİB TƏKLİF                              9 İyul 2020, 19:54 Jurnalistlər ev almaq üçün indi heç kimə yaltaqlanmırlar... 9 İyul 2020, 19:45 Azərbaycanda daha 548 nəfər virusa yoluxdu, 10 nəfər öldü 9 İyul 2020, 19:31 Rusiya XİN-I Azərbaycanın təşəbbüsünü ALQIŞLADI 9 İyul 2020, 19:04 Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri AÇIQLANIB 9 İyul 2020, 18:58 İsveçdə hər plastik torba üçün 55 qəpik vergi tutulur 9 İyul 2020, 18:51 Turizm Təlim və Sertifikasiya Mərkəzi yaradılıb 9 İyul 2020, 18:40 Daha bir həkim koronavirusa yoluxdu 9 İyul 2020, 18:23 Jirinovski saxlanılan qubernatora görə Dövlət Dumasını hədələdi 9 İyul 2020, 18:16 Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib 9 İyul 2020, 18:08 Mehriban Əliyeva göstəriş verdi - Böyük Şor gölü təmizlənsin 9 İyul 2020, 17:58 Dolların məzənnəsi sabit qaldı 9 İyul 2020, 17:52 Azərbaycanda tanınmamış müğənni karantini pozdu - FOTO 9 İyul 2020, 17:46 Azərbaycanda koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslər müəyyənləşdi  - “E-Təbib”-dən AÇIQLAMA 9 İyul 2020, 17:40 Xüsusi karantin bölgəsinin deputatları seçicilərə ÇAĞIRIŞ ETDİLƏR 9 İyul 2020, 17:38