Modern.az

AZAL 155 Azərbaycan vətəndaşını Ukraynadan vətənə çatdırdı

AZAL 155 Azərbaycan vətəndaşını Ukraynadan vətənə çatdırdı

Diaspor

30 İyul 2020, 22:08

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) iyulun 30-da Kiyevdən Bakıya növbəti çarter reysi yerinə yetirib.

 

AZAL-dan Modern.az-a bildirilib ki, həmin reyslə 155 Azərbaycan vətəndaşı Vətənə çatdırılıb.

 

Yalnız reysdən əvvəl 48 saat ərzində COVID-19-un olmaması barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır.

 

Qeyd edək ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?