Modern.az

İcra başçısı plaşı 350 manata alıbmış - İddialara son qoyuldu

İcra başçısı plaşı 350 manata alıbmış - İddialara son qoyuldu

Ölkə

10 Dekabr 2025, 19:47

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun geyindiyi plaş sosial mediada geniş müzakirələrə səbəb olmuşdu. İddialara görə, plaş “Hugo Boss Burberry” brendinə aiddir. Plaşın qiymətinin təxminən 13 min avro (25 730 manat) təşkil etdiyi qeyd olunurdu.

Modern.az xəbər verir ki, Mirhəsən Seyidov jurnalist Kürçaylı Məmmədova açıqlamasında yayılan iddialara son qoyub.

İcra başçısı bildirib ki, belə bir brend barədə ilk dəfədir eşidir:

"Bu plaşı isə 3 il əvvəl 350 manata almışam. Bunu yayan yoldaşları isə Neftçalaya dəvət edirəm, möhtərəm Prezident İlham Əliyevin yüksək diqqəti ilə rayonda artan iqtisadi gücü, zəhmətkeş neftçalalıların uğurlarını işıqlandırsınlar. Hesab edirəm ki birinci Balıq festivalı da çox uğurla həyata keçirilibdir. Doğma rayonumuza xeyirli və uğurlu olsun!".

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hafiz Hacıyevdən DƏHŞƏTLİ FAKTLAR - Kərimli Elçibəyi necə zəhərləyib? -