Son günlər Rusiya-Ukrayna müharibəsində iştirak edən azərbaycanlıların həlak olması və itkin düşməsi ilə bağlı məlumatların sayı artmaqda davam edir.
Modern.az-ın əldə etdiyi məlumata görə, döyüşlərdə daha 3 həmyerlimiz ölüb.
Rusiya ordusunun sıralarında vuruşan Rəmiş Dadaş oğlu Mirəliyev (1993-cü il təvəllüd), Sənani İntiqam oğlu Məmmədov (1984-cü il təvəllüd) və Ramil Rasim oğlu Rüstəmov (2000-ci il təvəllüd) Rusiya-Ukrayna cəbhəsinin fərqli istiqamətlərində həlak olub.
Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsində hər iki tərəfdən toplam ölən azərbaycanlı sayı 300-dən çoxdur.
Kərim RUTULLU