Modern.az

Rusiya Səfərovlar ailəsinin 2 üzvünü öldürdü, 5 üzvünə ağır cəza verdi

Rusiya Səfərovlar ailəsinin 2 üzvünü öldürdü, 5 üzvünə ağır cəza verdi

Diaspor

Bu gün, 17:40

Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporuna hökm oxunub. 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, şəhərin Kirov Rayon Məhkəməsi Uraldakı Azərbaycan diasporunun keçmiş lideri Şahin Şıxlinski və onunla yanaşı 6 azərbaycanlıya cinayət işi üzrə hökm oxuyub. Məlumata görə, Şıxlinski iş adamlarını qətl və sui-qəsdə cəhddə təqsirli bilinərək 22 il müddətinə azadlıqdan məhrum edilib.

İş üzrə digər təqsirləndirilən şəxslər də uzunmüddətli həbs cəzasına məhkum ediliblər. Akif Səfərov 21 il müddətinə azadlıqdan məhrum edilib, Ayaz Səfərov 20 il, Kamal Səfərov isə 14 il müddətinə azadlıqdan məhrum edilib. Hər üçü ilk dörd ilini həbsxanada keçirəcək.

Təqsirini boynuna alan yeganə şəxs Məzahir Səfərov 13 il müddətinə azadlıqdan məhrum edilib. Bəkir Səfərov 10 il müddətinə azadlıqdan məhrum edilib, Şücayəddin Rəcəbov isə ümumi cəzalarına əsasən 14 il müddətinə azadlıqdan məhrum edilib. Hər üçü də ilk dörd ilini həbsxanada keçirəcək. Bu arada, dövlət ittihamı təqsirləndirilən şəxslər üçün daha ağır cəzalar istəyib.

Fevralın 11-də münsiflər heyəti, o cümlədən Şıxlinski, iş adamı Yunus Paşayevin qətlində (2001) və Fehruz Şirinovun qətlinə cəhddə (2010) günahkar bilinib. İddilara görə cinayətlərin motivləri biznesin bölünməsi və liderlik uğrunda mübarizə olub. Məhkəmə qapalı keçirilib.

Xatırladaq ki, 2025-ci ilin yayında Uralda Azərbaycan diasporuna qarşı repressiyalar təşkil olunmuş, həbslər zamanı Səfərovlar ailəsinin 2 üzvü qətlə yetirilmişdi. Azərbaycan ölüm hallarının işgəncələr nəticəsində baş verdiyini təsbit etsə də  Rusiya onların ürək çatışmazlığından ölməsi barədə qərəzli məlumat vermişdi.

Ötən ilin dekabr ayında Yekaterinburq məhkəməsi yerli Azərbaycan icmasının rəhbəri Vidadi Mustafayevi də irimiqyaslı fırıldaqçılıq ittihamı ilə həbs edib. O, üç ay əvvəl bu vəzifədə Şahin Şıxlinskini əvəz etmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Prezidentdən SƏRT ÇIXIŞ - Şərəfsizlər peşman olacaq! Ordumuz hazırdır