Modern.az

Ukraynada İslam inqilabına hazırlaşan İŞİD-çilər tutuldu

Ukraynada İslam inqilabına hazırlaşan İŞİD-çilər tutuldu

25 İyun 2016, 15:06

Ukrayna sərhədçiləri Xarkov hava limanında İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasına bağlı olan iki Tacikistan vətəndaşını saxlayıblar.

 

Modern.az Ukrayna mediasına istinadən bildirir ki, bu haqda Dövlət Sərhəd Xidmətinin saytında məlumat yayılıb.

 

Xidmətin əməkdaşlarının sözlərinə görə, onlar iyunun 24-də “Xarkov-avia” buraxılış məntəqəsində saxlanlıblar. İstanbuldan gələn Tacikistan vətəndaşları pasport nəzarətindən keçiblər.

 

Yoxlama zamanı məlum olub ki, onlar İŞİD-lə əlaqələrinə görə İnterpol xəttilə beynəlxalq axtarışdadırlar.

 

Saxlanılanlardan partlayıcı qurğunun hazırlanması üçün ərəb dilində video dərsliklər, eləcə də ekstremist xarakterli ədəbiyyayt götürülüb.

 

Sonradan onlar etiraf ediblər ki, Tacikistanda islam inqilabı həyata keçirməyi planlaşdırıblar.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır