Modern.az

İlham Əliyev İslam Kərimov haqda ürək sözlərini yazdı

İlham Əliyev İslam Kərimov haqda ürək sözlərini yazdı

5 Sentyabr 2016, 10:27

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 5-də Özbəkistan Respublikasının ölkəmizdəki səfirliyində olub.

Dövlət başçısı İlham Əliyev Özbəkistan Respublikasının prezidenti İslam Kərimovun vəfatı ilə əlaqədar başsağlığı verib, xatirə kitabına ürək sözlərini yazıb.

***

Modern.az
-ın məlumatına görə, İslam Kərimovun vəfatı ilə əlaqədar ölkədə 3 günlük matəm elan edilib.

Özbəkistan lideri avqustun 27-də insult diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. 79 yaşlı Özbəkistan Prezidenti İslam Kərimov sentyabrın 2-də vəfat edib.

O, sentyabrın 3-də doğulduğu Səmərqənd şəhərindəki "Şahi-Zində" qəbiristanlığında dəfn olunub.

 
İslam Kərimov dünyasını dəyişdikdən sonra ölkə Konstitusiyasına uyğun olaraq prezident seçkiləri keçirilənə qədər dövlət başçısının səlahiyyətlərini Özbəkistan Parlamenti Senatının sədri Niqmatulla Yuldaşev icra edir.


Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır