Modern.az

"Türkiyə ABŞ hərbçilərinin həyatı üçün təhlükə yaradıb" - ABŞ rəsmisi

"Türkiyə ABŞ hərbçilərinin həyatı üçün təhlükə yaradıb" - ABŞ rəsmisi

Dünya

28 Aprel 2017, 00:09

“Türkiyənin kürdlərin Suriya və İraqdakı mövqelərinə endirdiyi zərbələr ABŞ hərbçilərinin həyatı üçün təhlükə yaradıb.  Biz çox yüksək səviyyədə Türkiyə hökumətinə tam aydın şəkildə onların addımlarından dərin narahatlığımızı ifadə etdik.  Onlar nəinki addımlarını koalisiya ilə əlaqələndirməyiblər, hətta, həmin rayonda olan ABŞ hərbçilərinin həyatı üçün ciddi təhlükə yaradıblar”. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu fikirləri ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Toner bildirib. 

 

Mark Toner daha sonra qeyd edib ki, ABŞ Türkiyənin PKK ilə bağlı narahatlıqlarını anlayır, lakin Vaşinqton bu şəkildə davranışla razı deyil.

 

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi