Modern.az

Tramp ilk xarici səfər turnesinə çıxdı

Tramp ilk xarici səfər turnesinə çıxdı

20 May 2017, 13:53

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına səfərə gedib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Amerika prezidentini səfərdə həyat yoldaşı Melaniya, qızı İvanka və kürəkəni Cared Kuşner müşayiət edir.

ABŞ prezidenti bununla da ilk xarici turnesinə çıxıb. O, sabah Ər-Riyadda n İsrailə və Vatikana gedəcək, daha sonra Brüsseldə NATO-nun sammitində iştirak edəcək, həmçinin Siciliyada Yeddilik Qrupunun liderləri ilə görüşəcək.

Ağ evin başçısı Səudiyyə Ərəbistanına səfəri zamanı ölkə rəhbərliyi ilə əməkdaşlığın güclənməsi və münasibətlərin inkişafı məsələlərini müzakirə edəcək. Onun kral Salman bin Əbdüləziz Əl Səudla görüşü planlaşdırılır. Səudiyyə-Amerika sammiti “Birlikdə hədəfə çatacağıq” şüarı altında keçiriləcək. Tərəflər bir sıra məsələləri, əsasən iqtisadi və hərbi-texniki sahələrdə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcəklər

Donald Trampın Ər-Riyadda Fars Körfəzinin Ərəb Ölkələri Əməkdaşlıq Şurası ilə yüksək səviyyəli görüşü baş tutacaq. Sonradan bu görüşə 40 ərəb və müsəlman ölkəsi də qoşulacaq.

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə