Modern.az

“Yuventus”la “Real” Madridin əzəli rəqabət TARİXİ

“Yuventus”la “Real” Madridin əzəli rəqabət TARİXİ

1 İyun 2017, 13:46

 

İyun ayının 3-də Çempionlar Liqası 2016-2017 mövsümünün final mərhələsi gerçəkləşəcək. Ölkədə, bu oyunu səbirsizlikə gözləyən kifayət qədər Yuventus və Real Madrid azarkeşləri var.

 

Bəs qalib kim olacaq? Statistika göstəricisi hansı klubun tərəfindədir?

 

Modern.az hər iki klubla bağlı ətraflı araşdırma edib. Maraqlı faktlar meydana çıxıb. Həmin nəticəni oxucularımıza təqdim edirik.

 

Çempionlar Liqası ilk dəfə 1955-ci ildən “UEFA çempionlar kuboku” adı ilə baş tutub. Turnirin ilk qalibi təsadüfi deyil ki, Real Madrid klubu olub. Fransız klubu “Stade de Reims” klubuna 4-3 hesabı ilə qalib gələn kral klubu, bundan sonrakı illərdə də ardıcıl olaraq (1956, 1957, 1958, 1959,1960) kubokun sahibi olub.

 

Çempion klubların bir araya gəldiyi turnirin adı, 1992-ci ildən “UEFA Çempionlar Liqası” olaraq dəyişdirildi. Madrid klubu yeni adda olan bu ünvana 1998-ci ildə yiyələndi. Yuventus üzərində 1-0 hesabı ilə inamlı qələbə qazanan ispan klubunun qolu Predraq Miyatoviçin aktivinə yazılıb. Turnirin ilk vaxtlarından etibarən bugünədək 10 dəfə  kubokun sahibi olan kral klubu, bunlardan 5-ni UEFA Çempionlar Liqasında qazanıb.

 

Bir qədər təəccüblü olsa da, Yuventus klubu bu ada cəmi 2 dəfə layiq görülüb. Bundan əlavə, Yuventus klubu 6 dəfə liqanın final mərhələsinə vəsiqə qazansa da, bəxt italyanların üzünə gülməyib.

 

1985-ci ildə Covanni Trapattoni rəhbərliyi altında olanYuventus, ingilis klubu Liverpula 1-0 hesabı ilə qalib gəlib. Qolu, sabiq UEFA prezidenti, həmin vaxtlar Yuventus klubunda çıxış edən Mişel Platini qeyd edib. Və bu nəticə ilə Yuventus, Milan və İnter klublarından sonra bu ünvanı qazanan 3-cü italyan klubu olub.

Yuventusun mötəbər turnirdə ikinci dəfə qalib olması 1996-cı ilə təsadüf edir. Luis Van Qalın məşqçilik etdiyi Ayaks klubu, 90 dəqiqə 1-1 hesablı bərabərliyi qorusa da “penalti”lərdə 4-2 hesabı ilə məğlub olub.

Lakin diqqət etsək görərik ki, italyan klubu 6 dəfə turnirin finalına vəsiqə qazana bilib.

 

Yuventus və Real ümumilikdə 19 dəfə qarşılaşıb. “Yuve” bu matçlardan 9-nu öz xeyrinə həll edib. 8 matç isə kral klubunun üstünlüyü ilə bitib. Yerdə qalan 2 oyun sülhlə başa çatıb.

 

İki köklü klub arasında gerçəkləşən ilk matç, 1962-ci ilə təsadüf edir. Miqel Munyozun məşqçili ilə meydana çıxan kral klubu, Yuventusu 1-0 hesabı ilə məğlub edir.

 

Bundan əlavə, italyan və ispan klublarının qarşılaşmalarına qısa bir nəzər yetirək. İndiyədək 2 ölkə klubları arasında 305 oyun keçirilib. Bunlardan 137-si ispan klublarının xeyrinə bitib. Yerdə qalan matçların 102-də ispan klublarının üstünlüyü qeydə alınıb. 66 matç isə bərabərə yekunlaşıb.

 

Cari Çempionlar Liqasının final mərhələsini Almaniyadan olan hakim Feliks Briç idarə edəcək.

F. Briç indiyə kimi Yuventusun 3 oyununu idarə edib. Bu matçların 2-də qələbə qazanan “qoca sinyora”, digər oyundan məğlubiyyətlə ayrılıb.

 

Alman hakimin idarəçiliyi altında 6 oyun keçirən Real klubu, məğlubiyyət görməyib. 4 qələbə, 2 bərabərlik.

Final matçı potuqaliyalı ulduz futbolçu Kriştian Ronaldo üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki o, əzəli rəqibi Lionel Messini qol sayına görə üstələyə bilər. Hər iki oyuçunun Çempionlar Liqasında vurduğu qol sayı 77-dir.

 

Bundan əlavə, italyan və ispan klublarının qarşılaşmalarına qısa bir nəzər yetirsək indiyədək 2 ölkə arasında 305 oyunun keçirildiyini görə bilərik. Bunlardan 137-si ispan klublarının xeyrinə bitib. Yerdə qalan matçların 102-də ispan klublarının üstünlüyü qeydə olub, 66 matç isə bərabərliklə yekunlaşıb.

 

Xatırladaq ki, UEFA Çempionlar Liqasında finala çıxmış komandaya 10.5 milyon, qalib olmuş komandaya isə 15 milyon avro pul mükafatı təqdim edilir.

 

 

Məcid ƏMİROV

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə