Peruda güclü zəlzələ olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, 6,2 bal gücündə zəlzələ Ekvadorla sərhədə yaxın ərazidə qeydə alınıb. 18 kilometr dərinlikdə baş verən yeraltı təkanlar Ekvadora qonşu ölkələrdə də hiss olunub. Zəlzələ zamanı ölən və yaralananlar barədə hələlik məlumat verilmir.
Modern.az