Modern.az

Turist oteldə ölü tapıldı

Turist oteldə ölü tapıldı

7 İyun 2017, 21:06

Turist oteldə ölü tapılıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Antalyanın Kəmər mahalında qeydə alınıb. Rus əsilli 46 yaşlı Pavel Potov qaldığı otel otağında ölü tapılıb.  Üçulduzlu otelə istirahət üçün gələn P. Potov bu gün günorta saatlarında otel xidmətçiləri tərəfindən hamamda hərəkətsiz vəziyyətdə tapılıb.

Antalya Prokurorluğu məsələ ilə bağlı araşdırmalara başlayıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə