Modern.az

Fransada hökumət istefaya gedib

Fransada hökumət istefaya gedib

Dünya

19 İyun 2017, 22:33

Fransada keçirilən son parlament seçkilərindən sonra hökumət istefaya gedib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron hökumətin istefasını qəbul edib.

Parlament seçkilərindən sonra hökumətin istefaya getməsi Fransada qanunvericilikdə yazılmayan gizli siyasi ənənədir. Yeni Nazirlər Kabinetinin yaxın vaxtlarda minimum kadr dəyişiklikləri ilə yenidən formalaşdırılacağı gözlənilir.

Parlament seçkilərində prezident Emmanuel Makronun "İrəli, Respublika" hərəkatı qələbə qazanıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə