Modern.az

Misir polisi üç terrorçunu zərərsizləşdirdi

Misir polisi üç terrorçunu zərərsizləşdirdi

Dünya

20 İyun 2017, 21:36

Misir polisi üç terrorçunu zərərsizləşdirdi. Modern.az xarici mediaya istinadən xəbər verir ki,  İskəndəriyyə şəhərinin yaxınlığında "Müsəlman qardaşları" hərəkatının qolu sayılan "Xəsm" terror qruplaşmasının üç üzvünü məhv edilib.

Misirin Daxili İşlər Nazirliyinin məlumatına görə, axtarışa verilən terrorçular İskəndəriyyənin yaşayış məntəqələrinin birində mənzildə gizlənirlərmiş.

Terrorçular silahdan atəş açmağa və polisdən yayınmağa cəhd etdikdə qanun keşikçiləri onlara atəş açmaq qərarına gəliblər.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə