Modern.az

Putin Trampla bu məsələləri müzakirə edəcək

Putin Trampla bu məsələləri müzakirə edəcək

Dünya

3 İyul 2017, 15:35

Yaxın günlərdə Almaniyanın Hamburq şəhərində başlayacaq G20 sammitində Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla görüşəcək.

 

Modern.az CNN-ə istinadən xəbər verir ki, görüşdə əsas müzakirə mövzusu Suriya məsələsi olacaq. Telekanalın əldə etdiyi məlumata görə, Tramp Putinin Bəşər Əsəd rejiminə göstərdiyi dəstəkdən narazıdır.

 

Bununla yanaşı, Ukraynadakı münaqişə və Minsk razılaşmalarının icrası da tərəflərin diqqət mərkəzində qalacaq.

 

Vüqar İSMAYILOV 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə