Modern.az

“Boko Haram”ın 700 silahlısı  təslim olub

“Boko Haram”ın 700 silahlısı  təslim olub

Dünya

3 İyul 2017, 20:38

Nigeriyada 700 nəfər “Boko Haram” radikal qruplaşmasının silahlısı hərbçilərə təslim olub. Modern.az  "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Nigeriya ordusu məlumat yayıb.

Nigeriya ordusu adından yayılan məlumatda bildirilir ki, bu “Boko Haram” radikal qruplaşmasının müharibədə məğlub olduğunu göstərir.

Qeyd edək ki, “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır. Terrorçular mütəmadi olaraq Niger, Kamerun və Çad ərazilərinə hücum edir. Ötən il "Boko Haram" qruplaşması İŞİD-ə sədaqət andı içib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə