Modern.az

Fransada fövqəladə vəziyyət ləğv olunur

Fransada fövqəladə vəziyyət ləğv olunur

Dünya

4 İyul 2017, 21:33

Fransada fövqəladə vəziyyətin noyabrın 1-dən ləğv edilməsi nəzərdə tutulur. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fransanın baş naziri Eduar Filipp parlamentin aşağı palatasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Frans prezidenti ən uzağı noyabrın 1-ə qədər ölkədə fövqəladə vəziyyət rejiminin ləğvi ilə bağlı plan hazırlamağı tələb edib.

Qeyd edək ki, Fransada fövqəladə vəziyyət Nazirlər Kabinetinin qərarı ilə 2015-ci ildən qüvvədədir. Daha öncə Fransanın yeni seçilmiş prezidenti Emmanuel Makron da ölkədə fövqəladə vəziyyətin payızda ləğv ediləcəyi barədə bildirmişdi.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə