Modern.az

İstanbulda erməni terrorçuluğuna qarşı aksiya keçirildi

İstanbulda erməni terrorçuluğuna qarşı aksiya keçirildi

9 İyul 2017, 20:29

İstanbulda erməni terrorçuluğuna qarşı etiraz aksiyası keçirilib. Modern.az APA-ya istinadən xəbər verir ki, İstanbuldakı Galatasaray liseyinin önündə Ermənistan ordusunun  ağır silahlarla hücumu nəticəsində həyata gözlərini yuman 2 yaşlı Zəhra Guliyevanın qətl edilməsinə qarşı etiraz aksiyası keçirilib.

Azərbaycan Respublikası, Türkiyə Cümhuriyyəti, Güney Azərbaycan vətəndaşlarının iştirak etdikləri etiraz aksiyasına  İstanbulun mərkəzi prospekti olan İstiklal caddəsindən  keçən yerli və əcnəbi vətəndaşlar da yaxından maraq göstərib.

”Qatil Sarkisyan, Qarabağdan rədd ol”, “Qarabağ Türkdür, Türk qalacaq”- “Hamımız Zəhrayıq”- və s. şüarların səsləndirildiyi aksiyasının axırında qətnamə oxunub.İşğalçı Ermənistanın  bir an əvvəl Azərbaycan torpaqlarından çıxmasının tələb edildiyi qətnamədə beynəlxalq  təşkilatların işğal altındakı Azərbaycan  torpaqlarının azad edilməsi məsələsinə həssas yanaşmalarının lüzumu vurğulanıb.Təhlükəsizlik qüvvələrinin nəzarəti altında keçirilən aksiya heç bir insident olmadan başa çatıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə