Modern.az

2028-ci il olimpiadası ilə bağlı qərar...

2028-ci il olimpiadası ilə bağlı qərar...

1 Avqust 2017, 01:11

2028-ci il Yay Olimpiya və Paralimpiya Oyunları ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək. Modern.az "Report"a istinadən xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsi (İOC) Los-Anceleslə razılaşmanı rəsmən təsdiqləyib.

Anlaşmaya əsasən, İOC qarşıdakı 11 il ərzində Oyunların gələcək ev sahibinin gənclər və uşaq-yeniyetmələrlə bağlı idman proqramını maliyyələşdirmək üçün 1,8 milyard dollar ayıracaq.

Yekun qərar üçün İOC, Los-Anceles və hazırkı vəziyyətdə 2024-cü il Oyunlarını qəbul etməli olan Fransanın paytaxtı Paris arasında üçtərəfli müqavilənin ratifikasiya olunması lazımdır. Anlaşmanın sentyabrın 13-də Perunun paytaxtı Limada keçiriləcək İOC-un 131-ci sessiyasında imzalanması planlaşdırılır.

Los-Anceles 1932 və 1984-cü illərdən sonra tarixdə üçüncü dəfə Yay Olimpiya Oyunlarının təşkilatçısı olacaq. Sonuncu dəfə ABŞ-da 1996-cı il Atlanta Yay və 2002-ci il Solt Leyk Siti Qış Olimpiya Oyunları keçirilib. 2024-cü il olimpiadasına namizəd kimi Paris və Los-Anceles qaldıqdan sonra İOC prezidenti Tomas Bax bu və sonrakı Oyunlara ev sahibliyini iki şəhər arasında bölüşdürməyi təklif etmişdi.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə