Modern.az

Hindistanda daşqınlardan 218 insan öldü

Hindistanda daşqınlardan 218 insan öldü

Dünya

1 Avqust 2017, 22:21

Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı artıb. Modern.az xəbər verir ki, ölkənin Qucarat ştatında daşqınlardan ölənlərin sayı 218 nəfərə çatıb.

Məlumata görə, təkcə Banaskantxanın bir dairəsində 61 nəfər təbii fəlakətin qurbanı olub. Onun sözlərinə görə, Qucarat ştatının şimal hissəsində, təbii fəlakətdən daha çox əziyyət çəkən Banaskantxa və Patan dairələrində son iki gün ərzində suyun səviyyəsinin enməsindən sonra daha çox ölünün cəsədi aşkar edilib.

Qeyd edək ki, ötən həftə ərzində Hindistanın xilasetmə bölmələri 11 min zərərçəkmişi xilas edib. Daha 39 min nəfər təhlükəsiz yerə təxliyə edilib.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə