Yaponiya baş naziri Sindze Abe parlamentin aşağı palatasının buraxılması barədə sərəncam verib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, növbədənkənar seçkilərin keçirilməsini Abe Şimali Koreyanın raket təhlükəsi ilə əlaqələndirib.
“Bu seçkilərin Yaponiyanı, vətəndaşlarmızı hansı yollarla qorumalı olduğumuza cavab verməlidir” – deyə Abe deyib.
Onun sözlərinə görə, palatanın yeni heyəti ölkənin gələcəyi ilə bağlı qətiyyətli addımlar atmalıdır.