Modern.az

Sloveniyada prezidentin adı məlum oldu

Sloveniyada prezidentin adı məlum oldu

12 Noyabr 2017, 23:49

Sloveniyanın hazırkı dövlət başçısı Borut Pahor ölkədə keçirilən ikinci tur prezident seçkilərində qalib gəlib. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Seçki Komissiyası bildirib.

 

İlkin nəticələrə görə, 53 yaşlı B.Pahor 52,95%, onun rəqibi, Kamnik şəhərinin meri Maryan Şarets isə 47,05% səs toplayıb.

 

Qeyd edək ki, Sloveniyanın mövcud qanunvericiliyinə əsasən, ikinci turda qalib sadə səs çoxluğu ilə müəyyənləşir.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə