Modern.az

İranda zəlzələ qurbanlarının sayı 483 nəfərə çatdı

İranda zəlzələ qurbanlarının sayı 483 nəfərə çatdı

26 Noyabr 2017, 19:51

İraq-İran sərhədində baş verən 7,2 maqnitudalı zəlzələ nəticəsində İranda ölənlərin sayı 483 nəfərə çatıb. Modern.az "APA"ya istinadən xəbər verir ki, 12 min nəfərdən çox insan xəsarət alıb.

 

Məlumata görə, ölənlərin 237-i kişi, 246-ı qadındır.

 

Bundan əvvəl zəlzələ nəticəsində 445-ə qədər insanın öldüyü, 7 mindən çox insanın xəsarət aldığı açıqlanmışdı.

 

Qeyd edək ki, noyabrın 12-də İraq-İran sərhədində baş vermiş 7,2 maqnitudalı zəlzələ Azərbaycan, Türkiyə də daxil olmaqla, bölgədə yerləşən ölkələrdə hiss edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə