Dünyada baş verən proseslər əhali tərkibinin ciddi dəyişikliyə uğradığını göstərir. BMT-nin son hesabatlarına əsasən, əgər 1950-ci ildə dünyada yaşı 60-dan yuxarı olan insanların sayının ümumi sayının 8%-ni təşkil edirdisə, bu gün həmin göstərici 10%-ə qədər artıb.
Demoqrafların fikrincə, dünya əhalisinin sayı 2050-ci ildə 9 milyarda çatacaq və bundan sonra artım tempi kəskin ləngiyəcək.
Modern.az dünyada ən yaşlı (yaşı 60-ı keçən) və gənc (18 yaşa qədər) dövlətlərinin siyahısını təqdim edir.
Yaponiya -əhalinin 28,9%-ini yaşı 60-ı keçən sakinlər təşkil edir
Avstriya – 26,7%
Yunanıstan – 26,3%
İspaniya – 25,5%
İtaliya – 25,3%
Ruanda - əhalisinin 53,2%-i 18-yaşa qədər olan vətəndaşlardan ibarətdir.
Niger – 50,5%
Papua-Yeni Qvineya – 48,9%
Liberiya – 48,5%
Çad – 46,8%