Modern.az

İraqda partlayış: 12 ölü

İraqda partlayış: 12 ölü

27 Noyabr 2017, 23:26

İraqda növbəti dəfə partlayış törədib. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, paytaxt Bağdadda törədilən partlayış nəticəsində 12 dinc sakin ölüb. Daha 30 nəfər isə yaralanıb.

 

Məlumata görə, insident şəhərin cənub-qərb hissəsində qeydə alınıb.

 

Parlayış terrorçu-kamikadze tərəfindən törədilib. İlkin məlumata əsasən, terrorçu-kamikadzelərdən biri özünü partladıb, digəri hərbçilər tərəfindən zərərsizləşdirilib.

 

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə