Modern.az

Tərəfdarları Saakaşvilini həbsdən azad etdilər  

Tərəfdarları Saakaşvilini həbsdən azad etdilər  

5 Dekabr 2017, 15:58

Mixail Saakaşvilinin tərəfdarları onu xüsusi xidmət orqanlarının əlindən azad ediblər.

 

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, siyasətçinin aparıldığı mikroavtobusun arxa qapısını sındıran etirazçılar liderlərini azad ediblər.

 

Bundan sonra Kiyevin mərkəzində çıxış etməyə başlayan Saakaşvili insanları qorxmamağa çağırıb.

“Heç nədən qorxmayın. Ordu da bizimlədir. Biz qorxmalı, qaçmalı deyilik”-deyə o tərəfdarlarına səslənib.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat