Modern.az

Mahmud Abbas ABŞ-ın vitse-prezidenti ilə görüşməkdən imtina etdi

Mahmud Abbas ABŞ-ın vitse-prezidenti ilə görüşməkdən imtina etdi

9 Dekabr 2017, 22:47

Fələstin lideri Mahmud Abbas ABŞ-ın vitse-prezidenti ilə görüşməkdən imtina edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fələstinin Xarici İşlər naziri Riyad əl-Maliki açıqlama verib.

 

Nazir bildirib ki, Fələstin lideri Mahmud Abbas regiona səfəri zamanı Mayk Penslə görüşməyəcək.

 

Nazir İsraillə Fələstin arasındakı münaqişədə həll yolu tapmağa kömək edə biləcək ərəb ölkələri və dünya ictimaiyyəti arasından yeni vasitəçi tapacaqlarını bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir