Modern.az

Putin Ərdoğanla görüşü konstruktiv dəyərləndirdi

Putin Ərdoğanla görüşü konstruktiv dəyərləndirdi

11 Dekabr 2017, 23:37

"Türkiyə prezidenti ilə danışıqlar işgüzar və konstruktiv şəraitdə keçdi. Biz ikitərəfli əməkdaşlıq, o cümlədən strateji ticarət-iqtisadi və hərbi-texniki layihələrin həyata keçirilməsini müzakirə etdik". Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında bildirib.

 

Rusiya prezidenti qeyd edib ki, türkiyəli həmkarı ilə beynəlxalq və regional gündəliyin aktual məsələləri ilə bağlı da fikir mübadiləsi aparıblar.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat