Modern.az

Qəzza zolağında  toqquşma: 2 ölü, 263 yaralı

Qəzza zolağında  toqquşma: 2 ölü, 263 yaralı

15 Dekabr 2017, 21:20

İordan çayının qərb sahilində və Qəzza zolağında baş verən toqquşmalarda ölənlərin sayı artıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, İsrailin təhlükəsizlik qüvvələri ilə qarşıdurmalarda 2 fələstinli ölüb, 263-ü xəsarət alıb.

 

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, ümumilikdə, 13 nəfər döyüş, 47 nəfər rezin güllələrdən xəsarət alıb. Bundan başqa 177 nəfər isə gözyaşardıcı qazdan zəhərlənib.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat