Modern.az

Yunan gəmiləri Türkiyə sularına girməyə cəhd etdi

Yunan gəmiləri Türkiyə sularına girməyə cəhd etdi

20 Dekabr 2017, 00:13

Türkiyə ilə Yunanıstan arasında hələ də mübahisə mövzusu olaraq qalan Kardak qayalıqlarında bu gün gərgin anlar yaşanıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Yunanıstana məxsus təhlükəsizlik gəmisi və 8 balıqçı qayığı Türkiyə sularına daxil olmağa cəhd edib.

 

Lakin Türkiyə Sahil Mühafizə Xidməti bunun qarşısını alıb. Təxminən iki saat davam edən gərginlikdən sonra balıqçılar Kilimli adasına geri qayıdıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat