Modern.az

20 yaşlı futbolçu xərçəngdən dünyasını dəyişdi

20 yaşlı futbolçu xərçəngdən dünyasını dəyişdi

Dünya

24 Dekabr 2017, 21:16

20 yaşlı futbolçu xərçəngdən dünyasını dəyişib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, mərhum Edu Ferreyra Portuqaliyanın "Boavişta" klubunun hücumçu kimi çıxış edib.

 

Komandanın rəsmi "Twitter" səhifəsində verilən məlumata görə, futbolçuda onkoloji xəstəlik 2016-cı ilin noyabrında, Ferreyra "Boavişta" ilə müqavilə bağladıqdan bir neçə ay sonra aşkar olunub. O, ölkənin əsas liqasında oynayan klubda bir oyun belə keçirməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır