Modern.az

ATƏT-ə sədrlik İtaliyaya keçdi

ATƏT-ə sədrlik İtaliyaya keçdi

Dünya

1 Yanvar 2018, 00:51

Bu gündən etibarən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik Avstriyadan İtaliyaya keçib. Modern.az "Report"a istinadən  xəbər verir ki, rəsmi Roma 2018-ci il ərzində təşkilata rəhbərlik edəcək.

 

Qeyd edək ki, İtaliyanın ATƏT-dəki sədrliyinin əsas prioritetləri regiondakı mövcud münaqişələrin həlli, radikallaşmaya, zorakı ekstremizmə və terrorçuluğa qarşı mübarizə, eləcə də etimadın bərpası olacaq.

 

Xatırladaq ki, ATƏT-də sədr dəyişikliyi rotasiya qaydasında hər il həyata keçirilir. Bir ölkənin təşkilata sədrliyi bu ilin yanvarın 1-dən növbəti ilin eyni tarixinədək davam edir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat