Modern.az

Prezident bəzi səlahiyyətlərini spikerə verdi

Prezident bəzi səlahiyyətlərini spikerə verdi

2 Yanvar 2018, 22:50

Moldova Prezidenti İqor Dodonun vəzifəyə təyinetmə səlahiyyəti parlamentin spikeri Andrian Kanduya verilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Kandu bu səlahiyyətin ona Konstitusiya Məhkəməsi tərəfindən verildiyini bildirib.

 

Parlament sədri bir neçə nazir təyin edəcək. Təyinatın nə vaxt baş tutacağı bildirilməyib.

 

Qeyd edək ki, Moldova Konstitusiya Məhkəməsi Prezident İqor Dodonun səlahiyyətlərinin dayandırılması barədə qərar qəbul etmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat