Modern.az

Nigeriyada məsciddə partlayış: 11 ölü

Nigeriyada məsciddə partlayış: 11 ölü

3 Yanvar 2018, 21:39

Nigeriyada məsciddə partlayış törədilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin şimal-şərqində baş verib. Məscidə terror hücumu nəticəsində azı 12 nəfər həyatını itirib. Belə ki, terrorçu-kamikadze Borno ştatının Qamboru şəhərindəki məsciddə qılınan sübh namazı vaxtı içəri keçib. Törədilən partlayış nəticəsində məscid dağılıb.

Nigeriya ərazisində fəaliyyət göstərən heç bir terror qruplaşması hadisə ilə bağlı məsuliyyəti hələ ki, öz üzərinə götürməyib.

Qeyd edək ki, ölənlərdən birinin terrorçu-kamikadze olduğu ehtimal edilir.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat